Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

TURLAR
Neolit inqilabı

Tovuz rayonunda yerləşən Göytəpə neoloit məskəninə turların təşkilinə start verilmişdir. 

 

 

 

Bakı-Gəncə-Tovuz-Bakı

4 gün / 3 gecə

Qədim Odlar yurdu Azərbaycana xoş gəlmisimiz! Azərbaycan istər tarixi, istər mədəniyyəti, istərsə də təbii ehtiyatları və təbiət möcüzələri ilə Qafqazın digər ölkələrindən fərqlənir. Həqqiqətən də bu maraqlı ölkə ilə yaxından tanış olmağa dəyər.
Bu 4 günlük tur ərzində Siz Bakı, Gəncə və Tovuz şəhərləri ilə yaxından tanış olacaq, Tovuz ekspedisiyasının Göytəpə neolit məskənində apardığı qazıntı işləri ilə yaxından tanış olacaqsınız!
    

I gün
Bakı


Bakı - Azərbaycan Respublikasının paytaxtı, Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzi, Xəzər dənizində ən böyük liman. Bakı bu gün Azərbaycan paytaxtı Qafqaz regionunun iri siyasi və iqtisadi mərkəzlərindən biri kimi mühüm rol oynayır. Paytaxtımız tarxini əks etdirən qədim qalaları, “İçərişəhər” kompleksi, muzeyləri, məscidləri və müasir binaları və yaşıl parkları ilə gələn qonaqları valeh edir.Şəhər 11 administrativ rayona və 48 məmləkətə bölünüb. Şirvanşahlar saray kompleksi, İçəri şəhər və Qız qalası 2000- ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Hava limanında qarşılanma hoteldə yerləşmə( chek inn)
Nahar yeməyi
Sərbərbəst vaxt (arzu olunarsa Baki şəhərində qisa ekskursiya)
Şam yeməyi

II gün
Gəncə


Gəncə - Azərbaycanın ikinci böyük şəhəri. Ərazisi 110 km², əhalisinin sayı 336 min 100 nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 2755 nəfər/km² təşkil edir.Şəhər Gəncə çayı, Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə uzun müddət Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmuşdur.Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri cənub-şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçay çayının hər iki sahilində yerləşir. Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan və turistlərin burdan keçərkən ayaq saxlayıb xarici elm adamlarıyla söhbət, müzakirələr aparmaqdan zövq aldığı bu cazibədar məkan karvan yollarının kəsişdiyi bir ərazidə yerləşir. Şəhərin sahib olduğu zəngin tarixə nəzər saldıqda hər oxuduğumuz sətirdə bizi qədimə götürəcək nümunələrin şahidi olmaqla bərabər, onun gözəlliyini və nəfəsini öz üzərimizdə hiss edirik.
Səhər yeməyi
Hoteldən ayrılma (chek out)
Gəncəyə yola düşmək
Nahar yeməyi
Gəncəyə ekskursiya
Tovuza yola düşmək və hoteldə yerləşmə (chek inn)
Şam yeməyi
Sərbəst vaxt ( arzu olunarsaTovuz şəhərinə ekskursiya ekskursiya)


III gün
Tovuz


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli qərarına əsasən, Tovuz rayonunun ərazisində 64 tarixi-mədəni, arxeoloji abidənin olması təsdiqlənib. Onlardan 18-i ölkə ( 2-si memarlıq, 16-sı arxeoloji), 46-sı yerli (32-si memarlıq, 11-i arxeoloji, 1-i monumental xatirə abidəsi, 2-si dekorativ-tətbiqi sənət nümunəsi) əhəmiyyətli olmaqla dövlət tərəfindən mühafizə edilir.Ölkə əhəmiyyətli memarlıq abidələrinə -Düzqırıqlı kəndində xıx əsrə aid Hacı Bagır mscidiYanıqlı kənd məscidini, Kirzan məbədini misal göstərmək olar.Kirzan kəndindəki XII əsr məbədinin bu gün yalnız qalıqları mövcuddur. Abidənin ətrafında elmi-tədqiqat və konservasiya işlərinin aparılması vacibdir.Yerli əhəmiyyətli memarlıq abidəsi olan ikimərtəbəli yaşayış evi 1880-ci ilə aiddir. Yerli əhəng daşından inşa olunmuş abidənin texniki vəziyyəti qənaətbəxşdir.Qafqazın qədim yaşayış məskənlərindən olan Göytəpə arxeoloji abidəsində aparılan tədqiqatlar bir sıra yeni məlumatları və maddi mədəniyyət nümunələrini üzə çıxarıb. Milli Elimlər Akademiyasınnı Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan qazıntılar zamanı bu günə kimi qaranlıq qalan maraqlı tarixi faktlar ortaya çıxıb. Arxeoloji tədqiqatlar nəticəsində təsdiqlənib ki, abidə eramızdan əvvəl 6-cı minilliyə, yəni 8 min il bundan əvvələ, neolit dövrünə təsadüf edir. Bu da Azərbaycan xalqının ilkin sivilizasiyaların formalaşmasında iştrakı haqqında əsaslı elmi məlumatlardan xəbər verir.
Araşdırmaların nəticələrinə görə, həmin dövürdə Göytəpədə yaşayan insanlar yüksək səviyyəli həyat tərzinə malik olublar. İstehsal sahələri, sənətkarlıq, əkinçilik dövrünün inkişaf mərhələsini keçib. Son günlər aparılan qazıntılarda isə ən qədim oraq tapılıb. Həmçinin daş üzərində gəmi təsvirinin aşkar edilməsi sözügedən zaman kəsiyində Azərbaycan xalqının zəngin dünya görüşünə malik olmasından xəbər verir. Ayrıca tarixçilər sübuta yetirib ki, burada xüsusi memarlıq üslubu ilə evlər və təsərrüfat binaları inşa olunub. Hansı ki, qədim tikililərin öz təyinatı olub.Qeyd edək ki, abidənin ümumi sahəsi 2 hektara yaxındır. Burada 8-9 metr dərinlikdə mədəni qatların olduğu güman edilir. 3 il ərzində Milli Elimlər Akademiyasının əməkdaşları tərəfindən 600 kv.m ərazidə qazıntılar aparılıb. Yaponiyanın paytaxtı Tokioda, eləcə də Londonun elmi dairələrində abidə haqqında geniş informasiyalar öz əksini tapıb. Əlavə edək ki, arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi sübutlar Arxeologiya və Etnoqrafiya İnstitutunda və ölkənin müxtəlif muzeylərində saxlanılır.
Səhər yeməyi
Hoteldən ayrılma (chek out)
Göytəpə arxeoloji ekspedisiyaya ekskursiya
Nahar yeməyi
Bakıya yola düşmə
Hoteldə yerləşmə (chek inn)
Şam yeməyi
Şərbəst vaxt

IV gün
Bakı

Səhər yeməyi
Qonaqların hava limanına yola salınması (chek out)



Qeyd:

İstəyə görə artıqda qalmaq mümkündür.
Otellər səhər yeməyi 4* ulduzlu olacaq. (Otaqların ölçüsü ilə bağlı şikayətlər qəbul olunmur, biz 1 SGL və ya 1 DBL otaqları məsləhət görürük.)
Bu səfərlər komfortlu avtobuslarda həyata keçirələcək, ekskursiyalar profisianal bələdçilət tərəfindən aparılacaq.(qeyd: sərbəst vaxtlarda turistlər oteldən gediş-dönüş xərclərini (ictimai nəqliyyat, taksi və digər nəqliyyat vasitələri) özləri ödəməlidir.
Diqqət! Bütün ekskursiyalar proqramda təyin edilmiş vaxtda başlayır. Gecikən turistlər özləri öz hesablarına qrupa qoşulmalıdır.
İstəyə görə şirkətimiz turun marşurutu dəyişə bilər, ancaq turun proqramı dəyişməmək şərtilə.
Turumuza fərdi də qatılmaq mümkündür. Bu halda qiymət ayrıca hesablanacaq. 


Qrupda hər 1 nəfər üçün qiymət – 389AZN
(qrupda minimum 6 nəfər olmalıdır.)


Qiymətə daxildir:

Hoteldə qalmaq
Səhər, Nahar, Şam yeməyi
Transfer
Bələdçi

 

Əlavə məlumat almaq və sifariş vermək üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
3 mkr. dairəsi, Alı Mustafayev küç. 3014, CITY MALL Biznes Mərkəzi, II mərtəbə, ofis 17
Tel.:   +994 12 431 25 07
Mob.: +994 55 686 82 04
          +994 55 459 65 10
          +994 51 811 84 71
          +994 70 518 28 86
E-mail: gm@heritagetravel.az
            90_e.gunay@mail.ru
            e.elnure-90@mail.ru

 

 

 

 

 

 

 

10989 dəfə oxunub