Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

TURLAR
Bir Qalanın sirri

"Qız Qalası" İçəri şəhərin cənub-şərq hissəsində ucaldılmış və bu abidə iki mərhələyə tikilib. Abidənin 13,7 m hündürlüyünə qədər olan aşağı hissəsi bir çox alimlərin hesab etdiyi kimi eramızdan əvvəl VII-VI əsrlərə aid edilir.

 

 

Bakı-İçərişəhər-Qala-Mərdəkan-Ramana-Atəşgah
4gün / 3gecə
Qədim Odlar yurdu Azərbaycana xoş gəlmisimiz! Azərbaycan istər tarixi, istər mədəniyyəti, istərsə də təbii ehtiyatları və təbiət möcüzələri ilə Qafqazın digər ölkələrindən fərqlənir. Həqqiqətən də bu maraqlı ölkə ilə yaxından tanış olmağa dəyər.
Bu 4 günlük tur ərzində Siz Bakı və kəndlərində olan tarixi və mədəni abidələrimiz ilə daha yaxından tanış olacaq, onlar haqqında ətraflı məlumat alacaqsınız!

I gün
Bakı
Bakı — Azərbaycan Respublikasının paytaxtı, Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzi, Xəzər dənizində ən böyük liman. Bakı bu gün Azərbaycan paytaxtı Qafqaz regionunun iri siyasi və iqtisadi mərkəzlərindən biri kimi mühüm rol oynayır. Paytaxtımız tarxini əks etdirən qədim qalaları, “İçərişəhər” kompleksi, muzeyləri, məscidləri və müasir binaları və yaşıl parkları ilə gələn qonaqları valeh edir.Şəhər 11 administrativ rayona və 48 məmləkətə bölünüb. Şirvanşahlar saray kompleksi, İçəri şəhər və Qız qalası 2000- ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Hava limanında qarşılanma hoteldə yerləşmə( chek inn)
Nahar yeməyi
Sərbərbəst vaxt (arzu olunarsa Baki şəhərində qisa ekskursiya)
Şam yeməyi

II gün
İçərişəhər-Yanar dağ
Bakı şəhərinin mərkəzində sahəsi 22 ha. olan "İçəri Şəhər" yerləşir. "İçəri Şəhər"də 50-dən çox müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələri vardır. Bu günə qədər qorunub saxlanmış abidələrə Şirvanşahlar Sarayını, Qız Qalasını, Sınıq Qalanı misal göstərmək olar.Azərbaycan memarlıq incilərindən biri olan Şirvanşahlar Sarayı XV əsrin əvvəllərində salınmış, buraya kompleks, saray, divanxana, şirvanşahlar türbəsi, minarəli saray məscidi, hamam, Seyid Yəhya Bakuvi türbəsi və sonralar ucaldılmış "Şərq" divanxanası abidələri daxildir. Kompleksin ilk tikililəri 1441-ci ilə, son "Şərq" divanxananın tikintisi isə 1558-ci ilə memar Əmirşaha aid olduğu qeyd edilir.Azərbaycan memarlığının unikal abidəsi olan "Qız Qalası" İçəri şəhərin cənub-şərq hissəsində ucaldılmış və bu abidə iki mərhələyə tikilib. Abidənin 13,7 m hündürlüyünə qədər olan aşağı hissəsi bir çox alimlərin hesab etdiyi kimi eramızdan əvvəl VII-VI əsrlərə aid edilir. Qalanın hündürlüyü 29,7 m, diametri isə 16,5 metrdir. Divarlarının qalınlığı aşağı hissədə 5 m, yuxarı yaruslarında isə 4 metrdir. Qala 8 yarusdan ibarətdir, daxilində su qatlarına qədər çapılmış 21 metr dərinliyində olan quyu vardır.
Unikal təbiət abidələrindən biri Məmmədli kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən bu təbiət abidəsi el arasında «Yanar dağ» adlanır.Məmmədli kəndi Abşeronun nisbətən cavan kəndlərindən sayılsa da onun yerləşdiyi ərazi haqqında çox qədim mənbələrdə məlumat verilir. Bizim eradan əvvəl yaşamış və turizmin atası sayılan Heredot Azərbaycana səyahət edərkən məşhur «Yanar dağ»da olmuş, onun yaxınlığında yaşayış məskəni olduğunu qeyd etmiş, həmin məskənlərin adını «Qurd yuvası» və «Kirməkinin» kimi göstərmişdir. Hal-hazırda «Yanar dağ»ın ərazisində 3 ədəd yanıb sönmüş təpə vardır ki, bu da yanma nöqtələrinin müxtəlif yerlərdə olduğunu göstərir.
Bu təbiət abidəsinin qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 02 may 2007-ci il tarixli sərəncamı ilə «Yanar dağ»ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilərək sərhədləri müəyyən edilmiş, ərazisi isə 64,55 hektar təşkil edir. Qoruğun turizm marşrutuna daxil edilməsi, qorunması və burada turizmin inkişaf etdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür.
Səhər yeməyi
İçərişəhərə ekskursiya
Nahar yeməyi
Yanar dağa ekskursiya
Şam yeməyi
Sərbəst vaxt


III gün
Qala-Mərdəkan-Ramana-Atəşgah
Abşeronun ən qədim yaşayış məskənlərindən biri Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndidir.Qala kəndində və ona bitişik olan ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur. Burada e.ə. III minilliyə aid tarixi mühit qorunub saxlanılır. Qala kəndinin ərazisində e.ə III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri - 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. mövcuddur. Beş min illik tarixə malik olan Qala kəndində bir neçə məhəllə olub. Bunlardan Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çəmbərəkənd bu günədək qorunub qalmışdır.2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində “açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksi” yaradılıb. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunub.
Mərdəkan qalası — Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik qala. Qala dörd künc formada XIV əsrin ortalarındaŞirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan tərəfindən tikilmişdir. Mərdəkan qalası Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. Daxili həyəti-28x25-dir. İçəridən qala 5 yarusa bölünür.
Ramana qalası - Bakının Ramana kəndində XVI əsrə aid qaladır. Qalanın hüdürlüyü 15 metrdir. Ağ daşdan tikilən qalanın dəqiq tikilmə vaxtı bəlli deyil. Güman ki, müdafiə məqsədi ilə tikilib və Şirvanşahlar dövləti döründə qəsr kimi istifadə olunub. Ramana qalasından "Koroğlu", "Nəsimi" və "Babək" filmlərinin çəkilişində istifadə olunub. Və elə qala sonuncu dəfə bu filmlərdən birinin, "Koroğlu"nun çəkilişi zamanı, 1956-cı ildə bərpa olunub.[1] O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər.Qala divarlarından bayırda, sağ tərədə qayaya bənzər iri daş parçası ilk baxışdan diqqəti cəlb etməsə də, belə demək mümkünsə, özü-özlüyündə mahiyyət etibarilə xoş bir hadisəni yaşadır: Dahi Bülbül Koroğlunun ariyasını məhz bu daşın yanında ifa edib. Elə kənd sakinləri də kəndi ziyarət edib, tarixi abidələrini seyr edən hər kəsə bu iri daş parçasını məhz bu cür təqdim edirlər.
Atəşgah - qədim mənbələrdə Azərbaycan, xüsusilə də Bakı bölgəsi əbə¬di od¬la¬rın yandı¬ğı yer ki¬mi qeyd edi¬lib.Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.
Səhər yeməyi
Qala kəndinə yola düşmə
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ekskursiya
Nahar yeməyi
Mərdəkan, Ramana qalalarına və Atəşgaha ekskursiya
Hotelə dönüş
Şam yeməyi

IV gün
Bakı

Səhər yeməyi
Qonaqların hava limanına yola salınması (chek out)


Qeyd:

İstəyə görə artıqda qalmaq mümkündür.
Otellər səhər yeməyi 4* ulduzlu olacaq. (Otaqların ölçüsü ilə bağlı şikayətlər qəbul olunmur, biz 1 SGL və ya 1 DBL otaqları məsləhət görürük.)
Bu səfərlər komfortlu avtobuslarda həyata keçirələcək, ekskursiyalar profisianal bələdçilət tərəfindən aparılacaq (sərbəst vaxtlarda turistlər oteldən gediş-dönüş xərclərini (ictimai nəqliyyat, taksi və digər nəqliyyat vasitələri) özləri ödəməlidir.
Diqqət! Bütün ekskursiyalar proqramda təyin edilmiş vaxtda başlayır. Gecikən turistlər özləri öz hesablarına qrupa qoşulmalıdır.
İstəyə görə şirkətimiz turun marşurutu dəyişə bilər, ancaq turun proqramı dəyişməmək şərti ilə.
Turumuza fərdi də qatılmaq mümkündür. Bu halda qiymət ayrıca hesablanacaq.

Qrupda hər 1 nəfər üçün qiymət – 284 AZN
(qrupda minimum 6 nəfər olmalıdır.)

Qiymətə daxildir:
Hoteldə qalmaq
Səhər, Nahar, Şam yeməyi
Transfer
Bələdçi
Muzeylərə və qoruqlara giriş

 

Əlavə məlumat almaq və sifariş vermək üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
3 mkr. dairəsi, Alı Mustafayev küç. 3014, CITY MALL Biznes Mərkəzi, II mərtəbə, ofis 17
Tel.: +994 12 431 25 07
Mob.: +994 55 686 82 04
+994 55 459 65 10
+994 51 811 84 71
+994 70 518 28 86

E-mail: gm@heritagetravel.az
90_e.gunay@mail.ru
e.elnure-90@mail.ru

 

 

 

11525 dəfə oxunub