Yer üzünün əşrəfi olan insan çox güclü və qüdrətli varlıqdır. Təbiəti də, cəmiyyəti də dəyişdirən, qupquru səhraları laləzara çevirən, planetimizin az qala bütün guşələrini şəhərlərə, kəndlərə döndərərək xalı kimi al-əlvan bəzəyən insandlr. Bu insanların hamısı nə vaxtsa, haradasa dünyaya göz açıb. Dünyaya açdığı yer onun üçün müqəddəs olan vətənidir. |