Hər il ənənəvi olaraq keçirilən konfransın əsas məqsədi boyaqlar, orqanik piqmentlər, təbii və sintetik boyaqlar, onların tarixi, kimyəvi tərkibi, tətbiqi və xarakteristikasına dair mövzularda aparılan yeni tədqiqatların geniş elmi ictimaiyyətə təqdim edilməsidir.
2013-cü il sentyabrın 18-21-də İspaniyanın tarixi Malpartida de Kaseres şəhərində I sOpA Beynəlxalq Mədəni İrsin Tədrisi və Sosiallaşdırılması Konfransı keçirilib. Ənənəvi keçirilməsi planlaşdırılan konfransın əsas məqsədi dünyanın müxtəlif yerlərində, mədəni irs abidələrinin yerləşdiyi bölgələrdə aparılan işlərlə tanış olmaqdır.
2013-cü il sentyabrın 18-21-də İspaniyanın tarixi Caceres şəhərində I Beynəlxalq Mədəni İrsin Tədrisi və Sosiallaşdırılması Konfransı keçiriləcək. Konfransda Azərbaycanı MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edəcək.
YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) 2008-ci ildə mədəni irsin müxtəlif sahələri üzrə fəaliyyət göstərən gənc tələbələr, tədqiqatçılar və peşəkarlar arasında şəbəkə yaratmaq məqsədilə yaradılmışdır. YOCOCU tezliklə ümumi məqsədə xidmət edən gənc tələbələr, tədqiqatçılar və peşəkarların birlik rəmzinə çevrilmişdir.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası və Heritage Travel Turizm Şirkəti sentyabr ayının 11-də Ağsu şəhərində KİV nümayəndələri üçün