Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
MİRAS layihəsini İspaniyada təqdim edəcək
10.9.2013
Facebook
Twitter Google Myspace

2013-cü il sentyabrın 18-21-də İspaniyanın tarixi Caceres şəhərində I Beynəlxalq Mədəni İrsin Tədrisi və Sosiallaşdırılması Konfransı keçiriləcək. Konfransda Azərbaycanı MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edəcək.

2013-cü il sentyabrın 18-21-də İspaniyanın tarixi Caceres şəhərində I Beynəlxalq Mədəni İrsin Tədrisi və Sosiallaşdırılması Konfransı keçiriləcək. Konfransda Azərbaycanı MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edəcək. Belə ki, Birliyin professor Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, jurnalist və araşdırmaçı Arzu Soltan, tərcüməçi-araşdırmaçı Şölə Bayramova və fotoqraf Məmməd Rəhimovdan ibarət nümayəndə heyəti konfransda “Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi” layihəsini təqdim edəcəklər. Qeyd edək ki, bu layihə MİRAS İB-nin təşəbbüsü ilə 2010-cu ildən həyata keçirilməyə başlayıb və birliyin ən böyük layihəsidir. Ağsuda aparılan işlər yalnız turistlərin deyil, eləcə də dünya elm ictimaiyyətinin də marağına səbəb olub.
Qeyd edək ki, I Beynəlxalq Mədəni İrsin Tədrisi və Sosiallaşdırılması Konfransı mədəni irsin öyrənilməsi ilə bağlı əsasən mərkəzi şəhərlərdə deyil, bölgələrdə aparılan işlərlə tanış olmaq məqsədi daşıyır. Konfrans İspaniya Mədəniyyət Nazirliyinin dəstəyilə təşkil olunub. Təşkilatçılar UNDERGROUND ARCHAEOLOGY təşkilatı, CÁCERES Şəhər Şurası, Maddi və Qeyri-Maddi İrsin Qorunması Assosiyasiyasıdır. Tədbirdə Braziliya, İtaliya, Portuqaliya, Kolumbiya, Argentina, Meksika, Çili kimi müxtəlif ölkələrin elm və mədəniyyət adamları iştirak edəcəklər.