Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Təkrarsız, bənzərsiz yurdumuzda turizmi inkişaf etdirək
17.10.2014
Facebook
Twitter Google Myspace

Yer üzünün əşrəfi olan insan çox güclü və qüdrətli varlıqdır. Təbiəti də, cəmiyyəti də dəyişdirən, qupquru səhraları laləzara çevirən, planetimizin az qala bütün guşələrini şəhərlərə, kəndlərə döndərərək xalı kimi al-əlvan bəzəyən insandlr. Bu insanların hamısı nə vaxtsa, haradasa dünyaya göz açıb. Dünyaya açdığı yer onun üçün müqəddəs olan vətənidir.

Torpağa mərhəmət xeyirdir inan,
Lütf etsən gül verər, zülm etsən tikan ( N.Gəncəvi)
Yer üzünün əşrəfi olan insan çox güclü və qüdrətli varlıqdır. Təbiəti də, cəmiyyəti də dəyişdirən, qupquru səhraları laləzara çevirən, planetimizin az qala bütün guşələrini şəhərlərə, kəndlərə döndərərək xalı kimi al-əlvan bəzəyən insandlr. Bu insanların hamısı nə vaxtsa, haradasa dünyaya göz açıb. Dünyaya açdığı yer onun üçün müqəddəs olan vətənidir. İnsan nə qədər qüdrətli olsa da, hətta günəş sistemi və ulduzlara təsir edə bilsə də, onun təsir edə bilmədiyi, iradəsi xaricində olan məsələlər də var. Valideynləri və doğulduğu yeri seçmək insanın gücü və imkanları xaricindədir.
Xalq arasında geniş yayılmış belə bir mahnı var. “Ana vətən, nə gözəldir, çöllərin”. Bu həzin misranı zümzümə etdikcə qeyri-ixtiyari olaraq ana vətənin çölləri ilə yanaşı, çox çox saylı gözəllikləri də göz önünə gəlir. Bu zaman istər-istəməz düşünür, iftixar hissi keçirirsən ki, bu vətənin nə qədər gözəllikləri var. Doğrudan da Azərbaycan adlı bu məmləkətin nəyi yoxdur axı?
Allah heç nəyi əsirgəməmişdir vətənimizdən- doğma yurdumuzdan. Başı qarlı dağları, səfalı yaylaqları, bağlı-bağatlı, min bir nemətli vadiləri var ulu məmləkətimizin. Bərəkətli düzləri, bol sulu çayları, gölləri, ovalıqları, şıx meşələri, ormanları, ucsuz- bucaqsız çölləri, yaylaqları, qışlaqlar, gül-çiçəkli çəmənləri, buz bulaqları var Azərbaycanımızın. Qadir Allah dünyanın bütün iqlim növlərini bəxş etmişdir vətənimizə. Elə buna görə də ana torpağımızın altı da, üstü də min cür sərvətlə zəngindi.
Bu gözəlliklər, zəngin sərvətlər ölkəmizdə turizmin inkişafına geniş imkanlar yaradır. Dövlət qayğısı nəticəsində milli turizmin inkişafında böyük nailiyyətlər əldə edilmişdir. 2001-ci ildə Azərbaycanın Dünya Turizm Təşkilatının tam hüquqlu üzvü olması vətənimizə turistlərin axınına səbəb oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin turizm ili elan edilməsi turizmin inkişafında böyük təkan olmuşdur.
Bölgələrdə milli turizmin daha da inkişaf etdirilməsi ölkəmizin iqtisadiyyatının güclənməsinə, gəlirlərinin artmasına səbəb olur.
Əsrarəngiz təbiət lövhələri, insana həyat və rahatlıq bəxş edən çayları, düzləri ilə məşhur olan, mayası gözəlliklərlə yoğrulan Azərbaycanımızın bir parçası olan İsmayıllı özü-özlüyündə bir möcüzədir.
Azərbaycanın İsveçrəsi, gözəlliklər məskəni, möcüzələr diyarı İsmayıllı! Saf hava zəngin təbiət, buludları dələn başı qarlı dağlar, sıldırım qayalar, kükrəyə- kükrəyə axan çaylar, Babadağın vüqarı, Topçu meşəsinin göz oxşayan yaşıllığ. Bu gözəlliyə heyran olmamaq olarmı? İsmayıllını mübaliğəsiz Azərbaycanımızın yaşıl örtüyü adlandırmaq olar. Bitki və heyvanlar aləmi ilə məşhur olan, hər tərəfdən dağlarla əhatə olunmuş bu diyarda turizm sektorunu daha da inkişaf etdirmək mümkündür. Çoxlarının həsəd apardığı bu diyarı gözəlləşdirmək, cənnətə çevirmək bura turistlərin güclü axınına səbəb olar.
Şirvanın qədim ipəkçilik mərkəzi Basqal, özünün sənət dünyası ilə məşhur olan Lahıc anamız Azərbaycana ilahidən bəxş edilib. Qızıl körpü olan Azərbaycanımızın bu gözəl guşəsinin Cavanşir qalası, Qız qalası, Fit qalası, Girdiman qalası, Qasımxan qalası, Buzxanası kimi insanı valeh edən abidələri var. Bu yerlərə turistrlərin diqqətini cəlb edərək, sevə-sevə, qarış-qarış gəzərək bu gözəlliklərlə onları tanış etməliyik. Hər bir vətən övladı öz eli-obası üçün, doğulduğu diyar üçüçn bacardığı xidməti göstərməyə borcludur. Bizim borcumuz bu gözəlliklərə biganə olmamaq, onun zəngin fauna və florasını qorumaqdır. Çünki təbiət anadır, insan isə onun övladı. Övlad ananın qədrini bilməlidir. Başqa sözlə desək, təbiət sanki gözəl qadın, insan isə onun qulaqlarından asılmış qiymətli sırğadır. Sırğa qadına çox əziyyət versə, qadın onları açıb ata bilər.
Dağlar diyarı İsmayıllıda müxtəlif tədbirlərin köməyi ilə turizmi inkişaf etdirmək olar. Tarixi abidələrimiz olan Cavanşir qalası, Qız qalasına turistlərin axınını təmin etmək üçün bu qalalara yolların çəkilməsinin müsbət nəticələri olar. İsmayıllının tədricən Beynəlxalq turizm marşurutuna daxil edilməsi turizmin inkişafına geniş imkanlar açır. Rayonda turizmin sektorunu gücləndirmək üçün məktəblilərin, müxtəlif dərnəklərin, musiqi məktəbləri şagirdlərinin maraqlı, əyləncəli tədbirlərin təşkil etmək olar. Almaniya və İsveçrənin turist şəhərlərində olduğum zaman bunların şahidi oldum. Bu ölkələrin orta məktəblərinin, uşaq yaradıcılıq mərkəzlərinin, musiqi klublarının şagirdlərinin təşkil etdiyi tədbirlər dünyanın müxtəlif yerlərindən gələn turistlərin diqqətini cəlb edir, onların marağına səbəb olurdu. Şagirdlər öz ölkələrinin tarix və mədəniyyətləri ilə bağlı hazırladıqları əl işlərini başqa ölkənin şagirdlərinə hədiyyə edirdilər. Belə maraqlı tədbirlər mənim diqqətimi cəlb etdi.
Rayonumuzun tarixi abidələri, gözəl məskənləri ətrafında otellər təkmək, turist məskənləri yaratmaq və burada uşaqların ifasında milli musiqimizin ifası, adət- ənənələrimizi əks etdirən səhnəçiklər, təbiətimizi, tariximizi əks etdirən rəsm sərgilərinin təşkililinin də faydası çox olar. Belə ərazilərdə tarix-diyarşünaslıq muzeylərinin yaradılması da məqsədəuyğundur. Bütün bunlar həm də Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə başqa ölkələrin gənclərində xoş təəssürat yaratmağa kömək edər. Bunun nəticəsində məktəblilərin xarici ölkələrin şagirdləri ilə əməkdaçlığı da güclənir.Az yaşlı uşaqlar üçüçn əyləncə mərkəzlərinin təşkili də turistlərin istirahət və rahatlığına gözəl töhfələr verər. Belə ərazilərdə şagirdlər tərəfindən kiçik bağ və bostanların salınması da əhəmiyyətlidir. Şagirdlər tərəfindən becərilən ağaclar, müxtəlif tərəvəz bitkiləri gözəlliyi daha da artırır. Ağacların üzərinə şagirdlərin hazırladıqları quş yuvalarının qoyulması, budaqlardan onların hazırladıqları əl işlərinin asılması da maraqlı olar. Bu zaman bağ və bostanlara onları becərənlərin təhsil aldıqları məktəblərin adlarını da qeyd etmək olar.
Almaniyada turistlərin daha şox marağına səbəb olan kəpənəklərdən ibarət botanika bağı idi. Bu bağda bir çox ölkələrdan gətirilmiş kəpənəklər yetişdirilib. Rəngarəng, müxtəlif ölçülü kəpənəklər botanika bağına xüsusi gözəllik verir. Bizim turist mərkəzlərində də belə bağların salınması gözəl və əhəmiyyətli olar. Bundan əlavə İsmayıllı sənətkarlığını, gözəl mənzərələrimizi və tarixi abidələrimizi əks etdirən suvenirlərin satışını təşkil etmək iqtisadiyyatımıza gəlir gətirər. Basqal kələğayı sexinin genişləndirilməsi xüsusilə vacibdir. Çünki bizim milli geyimlərimiz daha çox marağa səbəb olur və həvəslə alınır. Bölgəmizin təsvirləri olan açıqcalar da hazırlamaq olar.
Yer kürəsinin ağ ciyəri olan meşələrin artırılmasının daha böyük əhəmiyyəti var. Almaniyada qara meşələr adlanan şam ağaclarından ibarət meşələrə də turistlərin böyük axını olurdu. Müxtəlif güllərdən ibarət məskənlərin yaradılması təbiət lövhələrimizi daha da gözəlləşdirir.
Çəmənlərimizdə, yaylaqlarımızda min bir dərdin dərmanı olan bitkilər yetişir. Ərazimizin dərman bitkiləri ilə zənginliyi də turizm sektorunun inkişafı üçün mövcud olan imkanlardandır. Ona görə də belə yerlərə də turistləri cəlb etmək faydalıdır.
Təkrarsız və bənzərsiz, hər daşı, hər qayası möhtəşəm bir tarix olan bu vətəni daha da gözəlləşdirmək üçün çalışmaq hər birimizin müqəddəs, mənəvi borcu olmalıdır. Gəlin düşünək. Düşünək ki, qədim Albaniya dövlətinin tərkibinə daxil olmuş Azərbaycanımızın gözəl guşəsi olan İsmayıllını daha da abad etmək, onu daha yaxşı tanıtmaq, bu ərazidə turizmi inkişaf etdirmək üçün daha nələri edə bilərik.
İnsan nəfəsi dəyməyən, ətrafı xarabalıqlardan ibarət bir ərazi təsəvvür edək. Nə bir ağas, nə bir çiçək. Əsən küləklər nəticəsində ətrafdan bütün tullantılar bu əraziyə yığılıb. Belə ərazi hansısa bir turistin diqqətini cəlb edərmi? Əlbətdə ki, yox.
İnsanların birliyi, zəhməti nəticəsində abadlaşmış bir məkan.İlk insan nəfəsi nəticəsində ətraf təmizliyə çıxır, insanlara zövq verən bir sağlamlıq və istirahət mərkəzinə çevrilir. Min bir dərdin dərmanı olan yaşıllıq, gözəllik insanların diqqətini çəkir, gözəl mənzərə insanı özünə cəlb edir. Biz də təbiətin incisi olan yurdumuzu daha da gözəlləşdirək, onu dünyaya tanıdaq.
Ağacların, yaşıllıqların bütün sərvətini bəşətiyyətə təmənnasız verən “ürəkləri” var. Biz də bu “ürəkləri” qoruyaq, onların sayını yurdumuzun daha da çiçəklənməsi naminə artıraq.


Təranə Məmmədova
İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı
tam orta məktəbin tarix müəllimi.