Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Mersin , Tarsusda “ Ortaq Dəyərlər və Tarix" konfransı və "Türk Dünyasında Ortaq Dəyərlər" sərgisi keçirilib
24.12.2014
Facebook
Twitter Google Myspace

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azərbaycan və Türkiyənin Türk-İslam dünyasının əsas və önəmli hissələri olduğunu, mədəni irs abidələrimizin bunu göstərdiyini qeyd edib. O, Orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntılardan yola çıxaraq Azərbaycanda mədəni irsin araşdırılması, qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsində yer alan Van, Ahlat, Ərzurum və Amasiya şəhərlərinin ümumtürk mədəniyyətində tutduğu yerdən bəhs edib. Gəncləri Türk-İslam mədəniyyəti abidələrini tanımaq üçün səyahət etməyə çağıran Fariz Xəlilli universitet və məktəblərin bu cür səfərlərin təşkilində xüsusilə maraqlı olmasının vacibliyini vurğulayıb. 

Dekabr ayının 24-də Türkiyə Cümhuriyyətinin Tarsus şəhərinin Mersin Çağ Universitetində həmin universitetin Türkçe Topluluğu, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Türk Dünyası Birlik Platformu tərəfindən təşkil olunan "Azərbaycan və Türkiyə: Ortaq Dəyərlər və Tarix" konfransı və fotoqraf Məmməd Rəhimovun "Türk Dünyasında Ortaq Dəyərlər" sərgisi keçirilib.
Türkçe Topluluğunun sədri və Türk Dünyası Birlik Platformunun koordinatoru Ahmet Şimşek konfransı açıb. Konfransın və sərginin keçirilməsində əsas məqsədin ortaq dəyərlər və tariximizin daha geniş təbliği və müzakirələri olduğunu qeyd edib. O, Türk Dünyası Birlik Platformunun təşkil etdiyi "100 İlin Yalanı" imza kampaniyası haqqında məlumat verib və türk dünyası gənclərini bu kampaniyaya qoşulmağa çağırıb. O, 1915-ci ildə qondarma erməni soyqırımı deyənlərə 20 yanvar və Xocalı faciələrini xatırladıb.
Konfransda çıxış edən Azərbaycan Texniki Universitetinin professoru, Tarix kafedrasının müdiri Şikar Qasımov Ahmet Şimşekə bu cür təşəbbüslərinə görə minnətdarlıq edib. O, Qarabağda Laçından olduğunu qeyd edərək baş verən faciələrin şəxsən şahidi olduğunu, mədəni irs abidələrimizin vandalcasına dağıdıldığını və talan edildiyini gənclərə çatdırıb. O, qeyd edib ki, mədəni dəyərlərimizə Azərbaycan və Türkiyə birlikdə sahib çıxmalı, gənclər hər şeydən öncə tariximizi yaxşı öyrənməlidirlər.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azərbaycan və Türkiyənin Türk-İslam dünyasının əsas və önəmli hissələri olduğunu, mədəni irs abidələrimizin bunu göstərdiyini qeyd edib. O, Orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntılardan yola çıxaraq Azərbaycanda mədəni irsin araşdırılması, qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsində yer alan Van, Ahlat, Ərzurum və Amasiya şəhərlərinin ümumtürk mədəniyyətində tutduğu yerdən bəhs edib. Gəncləri Türk-İslam mədəniyyəti abidələrini tanımaq üçün səyahət etməyə çağıran Fariz Xəlilli universitet və məktəblərin bu cür səfərlərin təşkilində xüsusilə maraqlı olmasının vacibliyini vurğulayıb.
Mersin Çağ Universitetinin professoru Esat Arslan çıxış edərək türk mədəniyyətinin nəinki Avrasiya coğrafiyasında eləcə də Avropanın ucqarlarında da izlərini daşıdığını qeyd edib. O, İslamın əsas abidələri olan məscidlərin XX əsrin əvvəllərinə qədər daha çox Selanik, İrəvan və Vanda olduğunu, lakin onların özlərini "mədəni" xalq hesab edən ermənilər və yunanlar tərəfindən tamamilə məhv edildiyini vurğulayıb.
Konfransın sonunda məruzəçilərə Universitet tərəfindən plaket və hədiyyələr təqdim olunub. "MİRASın Dostu" plaketi Universitetin rektoru, professor Halil Çetin Bedestenciyə təqdim edilib. Professor Şikar Qasımov və Fariz Xəlilli Türk Dünyası Birlik Platformunun təşkil etdiyi "100 İlin Yalanı" imza kampaniyası çadırına gedərək orada bəyannaməni imzalayıblar.
Konfransdan öncə Azərbaycan nümayəndə heyəti Tarsus kaymakamı Hasan Göç ilə görüşüblər. Hasan Göç Tarsusda türk obalarının üstünlük təşkil etdiyini, etnoqrafik baxımdan maraqlı mənzərənin olduğunu qeyd edib. Görüşdə gələcəkdə Tarsusun Bolkar kəndlər qrupunun Azərbaycanın iri kəndlərindən biri ilə qardaş kənd elan olunmasının nəinki şəhərlər, eləcə də kəndlər arasındakı mədəni əlaqələrin inkişafına köməklik göstərəcəyi vurğulanıb.