MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Heritage Travel Turizm Şirkəti
SİZLƏRİ
dəvət edir:
ŞİRVAN XƏZİNƏSİNƏ APARAN YOLLAR
mədəni irs turları
1-ci gün:
07.30 – Bakıda Şamaxı yolu (Şamaxinka) istiqamətindən hərəkət;
09.30 – Şamaxı Tarix Diyarşünaslıq Muzeyi
Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi 2009-cu ilin noyabr ayından yeni ekspozisiya ilə fəaliyyətə başlamışdır. Ekspozisiya Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlillinin layihəsi əsasında hazırlanmışdır. Muzey 8 zaldan və 1 kinozaldan ibarətdir. Zallar Diyarşünaslıq, Qədim Şamaxı, Şirvanşahlar, Səfəvilər və Şirvan xanlığı, Şamaxı XIX əsrdə, Cümhuriyyət dövründə Şamaxı, Sovet Şamaxısı, Müasir Şamaxı bölmələrindən ibarətdir. Şamaxı tarixinə dair film Alim Qasımovun ifasında Şirvan şikəstəsi sədası altında İlham Namiqkamalın səsləndirməsi ilə təqdim olunur. Muzeyin bütün ekspozisiyasını əhatə edən kataloqu da vardır...
10.30 – Şamaxıdan Ağsuya hərəkət
10.50 – Ağsu dolaylarında qəlyanaltı, Mingəçevir restoranı
11.50 – Ağsu sərgi kompleksinə hərəkət
12.30 – Ağsu sərgi kompleksinə baxış
13.30 – Arxeoloji qazıntılara qoşulmaq
15.00 – Sərgi kompleksindən yola düşmək
15.40 - Ağsu dolaylarında nahar, Mingəçevir restoranı
17.00 – Ağsu dolaylarından Qaya istirahət kompleksinə hərəkət
18.30 – Qaya istirahət kompleksi: göl ətrafında istirahət, təbiət gəzintisi, meydançada futbol və ya voleybol oynamaq və s. (istəyə görə). Gecələmə
2-ci gün:
07.30 – Qaya istirahət kompleksində səhər yeməyi
08.30 – Lahıca yola düşmək
10.00 – Lahıcda gəzinti, məhəllələrlə, Tarix-Diyarşünaslıq Muzeyi, emalatxanalarda işlə tanışlıq, məscidlər və hamamlar… bazarlıq
14.00 - Qaya istirahət kompleksində nahar
15.30 – Basqala hərəkət
16.30 – Basqalda kəlağayı emalatxanası ilə tanışlıq
17.30 – Basqaldan Bakıya hərəkət
20.00 - Bakıda Şamaxı yolu (Şamaxinka) istiqamətinə çatmaq
Paketə daxil olan xidmətlər - 45 manat
Kənar xərclərlə birlikdə - 80 manat
Paketə daxil olan xidmətlər
Avtobus
1 gecəlik qalmaq
1 səhər yeməyi
Bələdçilik
Muzeylərə giriş
Kənar xərclər
1 qəlyanaltı
3 nahar
Digər xərclər
Turlar tura yazılan adam sayına görə 12-16 nəfər olduqda mini avtobus, 26-30 nəfər olduqda lüks kiçik avtobus, 40-46 nəfər olduqda iri avtobuslarla həyata keçirilir.
Əgər tur baş tutmasa 1 gün əvvəlcədən məlumat verilir.
Əlavə məlumat almaq və sifariş vermək üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
3 mkr. dairəsi, Alı Mustafayev küç. 3014, CITY MALL Biznes Mərkəzi, II mərtəbə, ofis 17
Tel.: +994 12 431 25 07
Mob.: +994 55 686 82 04
+994 55 459 65 10
+994 51 811 84 71
+994 70 518 28 86
E-mail: gm@heritagetravel.az
90_e.gunay@mail.ru
e.elnure-90@mail.ru
|