Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Ağsu Möcüzəsi Sərgisi Amasiyada
1.11.2014
Facebook
Twitter Google Myspace

Tədbirə Amasiya valisi Dr. Abdilcelil Öz, Amasiya bələdiyyəsinin sədri Cafer Özdemir, Amasiya Universitetinin rektoru Prof.Dr. Metin Orbay, Dairə müdirləri, Amasyalılar Dərnəyinin sədri, memar Hakkı Göztaş, Amasiya Memarlar odasının sədri Husamettin Seçilmiş,

Tədbirə Amasiya valisi Dr. Abdilcelil Öz, Amasiya bələdiyyəsinin sədri Cafer Özdemir, Amasiya Universitetinin rektoru Prof.Dr. Metin Orbay, Dairə müdirləri, Amasyalılar Dərnəyinin sədri, memar Hakkı Göztaş, Amasiya Memarlar odasının sədri Husamettin Seçilmiş,
Tədbirə Amasiya valisi Dr. Abdilcelil Öz, Amasiya bələdiyyəsinin sədri Cafer Özdemir, Amasiya Universitetinin rektoru Prof.Dr. Metin Orbay, Dairə müdirləri, Amasyalılar Dərnəyinin sədri, memar Hakkı Göztaş, Amasiya Memarlar odasının sədri Husamettin Seçilmiş, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin sədri Muttalip Ulutanrıverdi, Amasiyanın Şirvanlı əsilli sakinləri, məruzəçilər - Cərrahpaşa Universitetinin professoru İbrahim Yıldırım, Azərbaycan Qafqaz Universitetinin dosenti Mehmet Rıhtım, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli və Ağsu şəhər bələdiyyəsi sədrinin müavini Əlməhəmməd Usubəliyev qatıldı.
Sərgi haqqında ümumi məlumat verən Dr. Fariz Xəlilli dedi: “MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci ildə verdiyi sərəncamda yer alan vəzifələrə əsaslanaraq Türkiyənin Amasiya şəhərində Ağsu arxeoloji ekspedisiyası materiallarını və qazıntısını təsvir edən rəsm və foto sərgi təşkil edir. MİRAS İctimai Birliyinin dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə orta əsr Ağsu şəhəri yerindən çox maraqlı tapıntılar əldə etmişdir. MİRAS İctimai Birliyi İdarə Heyətinin üzvü, məşhur fotoqraf Məmməd Rəhimov iki ildir ki, bütün tapıntılarımızı, qazıntı prossesini və tədbirlərimizi professional şəkildə sənədləşdirir. Sərgidə nümayiş olunan 84 ədəd fotopanel onun əsəridir. MİRAS İctimai Birliyinin üzvü, orta əsr Ağsu şəhərinin konservasiya olunmasında yaxından iştirak edən bərpaçı-rəssam Cahangir Əhmədovun konservasiya müddətində müşahidə etdiklərini rəssam fırçası ilə tamaşaçıların diqqətinə çatdırdığı 12 ədəd rəssamlıq nümunəsi burada sizlərə təqdim olunur. MİRAS İctimai Birliyinin üzvü, aşkar olunmuş metal əşyaların konservasiyası ilə məşğul olan gənc heykəltəraş Vüqar Quliyevin metal tovuzquşu və at fiqurlarının bənzərlərini tökmə üsulu ilə yenidən hazırladığı plastika nümunələri də maraqlı əsərlərdir. Noyabrın 3-nə qədər Amasiyada sərgilənəcək bu əsərlər Türkiyənin digər şəhərlərində də nümayiş olunacaqdır”.
“Ağsu Möcüzəsi” sərgisinin Amasiyadan başlanması səbəbləri haqqında danışan Fariz Xəlilli bildirdi ki, Şirvan xanlığının baş şəhəri olan Ağsu şəhərinin XIX əsrin 20-ci illərində ruslar tərəfindən ələ keçirilməsindən sonra yüzlərlə ziyalı insanlar xanlığı tərk etmək məcburiyyətində qalıblar. Belə ziyalılardan biri Mövlanə İsmayıl Siracəddin Şirvani Şirvandan Amasiyaya köçmüş, burada yaşamış, burada vəfatından sonra dəfn edilmişdir. Onun ocağının başına Azərbaycanın hər yerindən (Şirvan, Qarabağ, Qazax, Borçalı, İrəvan, Şimali Qafqaz və digər) yığışan insanlar Amasiyaya sığınmış, şirvanlılar adı ilə tanınmışlar. Bu gün Şirvan xanlığının mərkəzindən aşkar olunan tapıntılara dair sərgi məhz Türkiyə şirvanlılarının əsas şəhərində nümayiş olunur.
Sərginin açılış lentini kəsən vali Abdilcelil Öz Azərbaycanın müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş belə bir sərginin Amasiyada açılmasından duyduqları məmnuniyyəti dilə gətirdi. Amasiya ilə şirvanlıların ayrılmaz bir bağ olduqlarını qeyd edən vali gələcəkdə iqtisadi, mədəni və turizm sahəsində ikitərəfli fəaliyyətlərdə maraqlı olduqlarını bildirdi. Sərgiyə maraqla tamaşa edən vali “Azərbaycandan Amasiyaya Şirvanlılar” konfransını da dinlədi.
Konfransdan öncə Amasiya bələdiyyəsi sədrinin müavini Osman Akbaşın rəhbərliyi altında Amasiya bələdiyyəsi konservatoriyasının musiqi qrupu Türk təsəvvüf müsiqisindən nümunələr, o cümlədən Seyid Həmzə Nigarinin şeirlərinə bəstələnmiş musiqi parçaları təqdim etdilər.
Əslən Amasiya şirvanlısı olan Prof.Dr. İbrahim Yıldırım daha çox xatirələrə əsaslanan və bu xatirələr işığında apardığı tədqiqatında İsmayıl Şirvani, Həmzə Nigari və Hacı Mahmud başlıqları altında maraqlı məruzə etdi. O, qeyd etdi ki, Şirvanlı toplumunun Amasiyada və ətrafında yerləşməsi İsmayıl Şirvani ilə başlamış, Həmzə Nigari ilə güclənmişdir. Şirvanlı məscidini tikdirən Hacı Mahmudun Qazax rayonu Aslanbəyli kəndindəki türbəsini ziyarət edərkən keçirdiyi hissləri dilə gətirən İbrahim Yıldırım şairə Mirvarid Dilbazini minnətdarlıqla yad etdi.
Dosent Mehmet Rıhtım İsmayıl Şirvani və onun xəlifəsi Həmzə Nigarinin həyat və fəaliyyəti haqqında maraqlı məlumatlar verdi. Həmzə Nigarinin şeirlərindən, ədəbi irsinin əhəmiyyətindən danışaraq, Amasiyada Beynəlxalq Həmzə Nigari Simpoziumu planlaşdırdıqlarını qeyd etdi.
MİRAS İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli müəllifi Mehmet Rıhtım və Fariz Xəlilli olan “Mövlanə İsmayıl Siracəddin Şirvani və Qafqazlı müridlər” kitabını təqdim etdi. Kitabın birinci nəşrinin hansı hikmətlə başa gəldiyi, Mahmud bəy Mahmudbəyovun məqaləsindən başlanan İsmayıl Şirvani tədqiqatı haqqında danışan Fariz Xəlilli 1848-ci ildə vəfat etmiş bir şəxsiyyətin illər sonra da təsirli əxlaq nümunəsi olduğunu qeyd etdi. Azərbaycan və Türkiyənin iki dövlət və bir millət olsa da bir-birinin tarixini, mədəniyyətini az tanıdığını, bəzi məqamlarda heç tanımadığını deyən Fariz Xəlilli qarşılıqlı mədəniyyət və tarix araşdırmalarına ehtiyac olduğunu vurğuladı.
Ağsu şəhər bələdiyyəsi sədrinin müavini Əlməhəmməd Usubəliyev Ağsuda aparılan arxeoloji qazıntılara dövlətin diqqətindən və ictimai qayğıdan danışdı. Ağsu rayonu İcra hakimiyyəti və şəhər bələdiyyəsi adından “Ağsu Möcüzəsi” sərgisinin təşkilinə göstərdiyi dəstəyə görə Amasiya valisi və Amasiya bələdiyyəsinə minnətdarlıq edən Əlməhəmməd Usubəliyev gələcəkdə belə tədbirlərin daha intensiv, Ağsu və Amasiyanın isə qardaş şəhərlər olmasını arzuladığını qeyd etmişdir.
Tədbirin sonunda Türk Dünyası Mədəni İrsinin tədqiqində və təbliğində göstərdikləri dəstəyə görə Cərrahpaşa Universitetinin professoru İbrahim Yıldırım, Qafqaz Universitetinin dosenti Mehmet Rıhtım, Amasyalılar Dərnəyinin sədri, memar Hakkı Göztaş və Amasiya Memarlar Odasının sədri Husamettin Seçilmişə MİRAS İctimai Birliyinin Dostu diplomları təqdim edildi.
Həmin gün Azərbaycanın Türkiyə Səfirliyi adından Azərbaycanın müstəqilliyinin bərpasının iyiminci ildönümü münasibətilə konfrans və sərginin iştirakçılarına ziyafət verildi.
Azərbaycan nümayəndə heyətinin tərkibində MİRAS İctimai Birliyinin sədr müavini Arzu Soltan, İdarə Heyətinin üzvü Qədrəddin Nemətzadə, fotoqraf Məmməd Rəhimov, rəssam Cahangir Əhmədov, heykəltəraş Vüqar Quliyev, “Discovery Azerbaijan” jurnalının redaktoru Gülnar Məsimli, İctimai Televiziyanın əməkdaşları Natiq Babayev və Elşad Məmmədov, Ağsu arxeoloji ekspedisiyasının üzvləri və digər şəxslər vardı.
Sərgi noyabrın 3-nə qədər Amasiya şəhərində davam edəcək. Daha sonra sərginin Türkiyənin digər şəhərlərində də nümayiş olunması planlaşdırılır.