Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Tarixin İzindən mədəni irs turu
8.5.2016
Facebook
Twitter Google Myspace

Mərəzədə Diri Baba türbəsi, Şamaxıda Cümə məscidi və Tarix-Diyarşünaslıq Muzeyi, Ağsuda Orta əsr Ağsu şəhəri, Mehrəvan qalası və Şıxməzid xanəgahı ziyarət olunub.

30 aprel-01 may tarixlərində AEGEE Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı, İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım İctimai Birliyinin tərəfdaşlığı, Redbull Company və AzGranatanın sponsorluğu ilə "Tarixin İzindən" mədəni irs turu baş tutub. Turun məqsədi gənclər arasında maariflənmə işi aparmaq, arxeoloji ekspidedsiya və qazıntılarla tanışlıq, tələbələrin həftə sonu asudə vaxtını səmərəli keçirmək olub. Gənclər müəyyən marşurut üzrə hərəkət ediblər. Mərəzədə Diri Baba türbəsi, Şamaxıda Cümə məscidi və Tarix-Diyarşünaslıq Muzeyi, Ağsuda Orta əsr Ağsu şəhəri, Mehrəvan qalası və Şıxməzid xanəgahı ziyarət olunub. Bütün tura bələdçiliyi tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli edib. Tələbələr bir gecə Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində gecələyiblər. Onlar müxtəlif intellektual və kollektiv oyunlar oynayıblar. Tələbələr Fariz Xəlillinin "Arxeoloji abidələrin öyrənilməsi, qorunması və təbliği" mövzusunda seminarını dinləyiblər. Gələcəkdə bu cür mədəni irs turlarının mütəmadi keçirilməsi qərarlaşdırılıb. Turun təşəbbüskarı və koordinatoru Rəşad Nəzərli və Kənan Zabitzadədir.