Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Bakıda “Sərhədyanı turizmin inkişaf perspektivləri” beynəlxalq konfransı keçirilir
10.12.2011
Facebook
Twitter Google Myspace

 Bu gün “Monolit Plaza” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Sərhədyanı turizmin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. 

 Bu gün “Monolit Plaza” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Sərhədyanı turizmin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. 

Lent.az-ın məlumatına görə, konfransda Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstanın nümayəndə heyətləri iştirak edib. 

Konfransı giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev açaraq bütün qonaqları salamlayıb. 

Sonra Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Fikri Kolenoğlu açılış nitqi çıxış edib. O bildirib ki, Türkiyə 2010-cu ildə ən çox turist gələn ölkələr arasında 7-ci, ən çox turizm gəliri əldə edən ölkələr arasında isə 10-cu olub. 2011-ci ilin yanvar-sentyabr aylarında Türkiyəni ziyarət edənlərin sayı 28,7 milyon nəfərə çatıb. 2010-cu ildə Azərbaycandan Türkiyəyə gələn turistlərin sayı 486,381, Türkiyədən Azərbaycana gələnlərin sayı isə 336,698 olub: “Amma hesab edirik ki, bu rəqəmlər daha da yüksək olmalıdır”.

Konfransın “Sərhədyanı turizm sahəsində dövlətlərarası əməkdaşlıq: mövcud vəziyyət və gələcək perspektivlər” adlı birinci sessiyasına Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov moderatorluq edib. Birinci sessiyada Atatürk Dövlət Universitetinin prezidenti Hikmet Kocak “Sərəhdyanı turizmin Türkiyə və qonşu dövlətlər üçün önəmi”, Gila Altmann “Dənizdən dənizə: birgə sərhədyanı tədbirlər barədə ideyalar” mövzusunda məruzə ilə çıxış ediblər. 

Beynəlxalq konfransda “Turizmin humanitar potensialı”, “Turizmdə din və mədəniyyət amili”, “Turizmin sosial iqtisadi və kulturoloji mahiyyəti”, “Turizmdə mədəniyyətlərarası dialoq”, “Azərbaycanda turizm təhsili və bu sahədə əməkdaşlıq imkanları”, “Transsərhəd ölkələrinin turizm potensialının birləşdirilməsində arxeoloji turizmin yeri” və regional səviyyədə birgə əməkdaşlıq perspektivlərinə dair məsələlər barədə müzakirələr aparılacaq. Sonda Sərhədyanı Turizmin İnkişafı Sahəsində Bakı Bəyannaməsi təqdim olunacaq.

Xəyalə Muradlı

http://lent.az/xeber_81554_Bak%C4%B1da_%E2%80%9CS%C9%99rh%C9%99dyan%C4%B1_turizmin_inki%C5%9Faf_perspektivl%C9%99ri%E2%80%9D_beyn%C9%99lxalq_konfrans%C4%B1_ke%C3%A7irilir