XƏBƏRLƏR | ||||||||||||||||||||||
Azərbaycanın mədəni irs abidələri Türkiyənin Muğla şəhərində təqdim olunub | ||||||||||||||||||||||
16.2.2012 | ||||||||||||||||||||||
Facebook Twitter Google Myspace | ||||||||||||||||||||||
Fevralın 15-də Türkiyə Cümhuriyyətinin Muğla şəhərində Muğla Universiteti, Muğla Azərbaycan Kültür və Dayanışma Dərnəyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Muğla Universiteti Atatürk Kültür mərkəzində “Ağsu möcüzəsi” sərgisinin açılışı olub. |
||||||||||||||||||||||
Sərginin açılışında Muğla vali yardımçısı Faruk Necmi Kurt, Muğla İl kültür və turizm müdiri Dr. Kamil Özer, Muğla Universiteti Rektor Başdanışmanı Prof. Dr. Mustafa Volkan Coşkun, Muğla Universiteti Arkeoloji bölüm başkanı Prof.Dr. Adnan Diler, Muğla Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Atacan Sayılan iştirak edib. Dr. Fariz Xəlilli sərgi və Ağsuda aparılan arxeoloji tədqiqatlar haqqında geniş məlumat verib. MİRAS İctimai birliyinin dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyasının 2010-2011-ci illərdə Orta əsr Ağsu şəhər yerində genişmiqyaslı arxeoloji tədqiqatlar apardığı, qazıntılar nəticəsində XII və XVIII əsrlərə aid çoxlu tikinti qalıqları, zəngin maddi-mədəniyyət nümunələri aşkara çıxarıldığı qeyd olunub. Genismiqyaslı tədqiqatlar, arxeoloji qazıntı sahələrinin üzərinin örtülməsi, arxeoloji turizm cəhdləri iştirakçılarda maraq doğurub.
|
||||||||||||||||||||||
|
||||||||||||||||||||||