Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Tarixi şəhərlərimizdə kərpic memarlığı” konfransı keçiriləcək
10.4.2012
Facebook
Twitter Google Myspace

Cari ilin 17-18 aprel tarixində Ağsu şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ağsu Rayon İcra Hakimiyyəti və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə tərəfdaşlığı...

Konfrans tarixən Azərbaycanda yaşayan toplumların kərpic memarlığı sahəsindəki fəaliyyətlərini, dünyanın digər bölgələrindəki kərpic memarlığı nümunələri ilə Azərbaycan örnəklərinin müqayisəli təhlilini, hal-hazırda kərpic memarlığının inkişafı istiqamətində görülən fəaliyyətləri araşdırmağa çalışacaq. Konfrans üçün təqdim edilmiş məruzələrin üç dildə (azərbaycan, türk və ingilis) nəşr olunması nəzərdə tutulmuşdur. Konfransda Türkiyə Respublikasının kərpic memarlığı üzrə mütəxəsislərindən biri, “Arxeologiya və sənət jurnalının” redaktoru, arxeoloq Nezih Başgələn iştirak edəcək və jurnalın növbəti buraxılışı ölkəmizin arxeoloji irsinə həsr olunacaq. Qeyd etmək lazımdır ki, Azərbaycan tarixən dünyanın çiy və bişmiş kərpic memarlığının geniş istifadə olunduğu ərazilərdəndir. Burada hələ neolit dövründən başlayan möhrə tikililəri sonralar çiy və bişmiş kərpic memarlığının inkişafına səbəb olmuş, ölkəmizin gil ehtiyatları isə keyfiyyətli kərpic növlərinin meydana çıxmasına şərait yaratmışdır. Arxeoloji qazıntılar zamanı aşkar olunan çiy və bişmiş kərpic memarlığı nümunələri Azərbaycanda bu ənənənin min illərlə davam etdiyini göstərir.

Mədəni İrs şöbəsi
http://mct.gov.az/?/az/news/view/1769/&PHPSESSID=qpqa5spaksl13fvn3uuhoc9tc3