Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
MİRAS Bayburtda Dədə Qorqud festivalına qoşuldu
13.7.2012
Facebook
Twitter Google Myspace

11 iyul 2012-ci ildə Türkiyə Cümhuriyyətinin Bayburt şəhərində XVIII Beynəlxalq Dədə Qorqud Festivalının açılış mərasimi olmuşdur. İyulun 15-nə qədər Festial müxtəlif tədbirlərlə davam edir. Azərbaycanı Festival boyunca MİRAS İctimai Birliyinin nümayəndə heyəti təmsil edir.

11 iyul 2012-ci ildə Türkiyə Cümhuriyyətinin Bayburt şəhərində XVIII Beynəlxalq Dədə Qorqud Festivalının açılış mərasimi olmuşdur. İyulun 15-nə qədər Festial müxtəlif tədbirlərlə davam edir. Azərbaycanı Festival boyunca MİRAS İctimai Birliyinin nümayəndə heyəti təmsil edir.
12 iyul 2012-ci il tarixində Bayburt şəhər Mədəniyyət mərkəzində MİRAS İctimai Birliyi və BEKDER Bayburt Elm, Təhsil və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə “Ağsu möcüzəsi “sərgisinin açılışı olmuşdur. Sərginin açılışında iştirak edən Bayburt valisi Hasan İpek, AK Parti Bayburt Millət vəkili Bünyamin Özbek, Bayburt Bələdiyyə sədri Hacı Ali Polat, BEKDER Dərnəyinin sədri Mete Emir və digər səlahiyyətli nümayəndələrə bir türk-islam şəhəri olan Ağsudan aşkar olunmuş materiallar və qazıntının yenilikləri barədə məlumat verilmişdir. MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Ağsu şəhərində bu günlərdə aşkar olunan qızıl holland sikkələri və onun Azərbaycan-Avropa əlaqələrini öyrənmək baxımından əhəmiyyətini qeyd etmişdir.
Daha sonra XVIII Beynəlxalq Dədə Qorqud Festivalı çərçivəsində Bayburt vilayətinin Aydıntəpə qəsəbəsində təşkil olunmuş konsert proqramında Azərbaycandan gəlmiş İrs ansamblı maraqlı repertuarla çıxış etdi. Aydıntəpə Bələdiyyə sədri Orhan Eraslan Azərbaycan nümayəndə heyətinə hədiyyə plaketi təqdim etdi.
XVIII Beynəlxalq Dədə Qorqud Festivalı tədbirləri davam edir.