Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

TURLAR
Qədim Qəbələnin sirləri

Miras İctimai Birliyi və Heritage Travel turizm şirkəti arxeoloji turlar çərçivəsində "Qədim Qəbələnin sirləri" adlı arxeoloji turların həyata keçirilməsinə başlamışdır!

 

 

  Bakı-Qəbələ-Bakı
4 gün / 3 gecə

Qədim Odlar yurdu Azərbaycana xoş gəlmisimiz! Azərbaycan istər tarixi, istər mədəniyyəti, istərsə də təbii ehtiyatları və təbiət möcüzələri ilə Qafqazın digər ölkələrindən fərqlənir. Həqqiqətən də bu maraqlı ölkə ilə yaxından tanış olmağa dəyər.
Bu 4 günlük tur ərzində biz Bakı və Qəbələ şəhərləri ilə yaxından tanış olacaq, qədim Qəbələdə aparılan arxeoloji qazıntılar və konservasiya işləri ilə yaxından tanış olacaqsınız!

I gün
Bakı

Bakı - Azərbaycan Respublikasının paytaxtı, Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzi, Xəzər dənizində ən böyük liman. Bakı bu gün Azərbaycan paytaxtı Qafqaz regionunun iri siyasi və iqtisadi mərkəzlərindən biri kimi mühüm rol oynayır. Paytaxtımız tarxini əks etdirən qədim qalaları, “İçərişəhər” kompleksi, muzeyləri, məscidləri və müasir binaları və yaşıl parkları ilə gələn qonaqları valeh edir.Şəhər 11 administrativ rayona və 48 məmləkətə bölünüb. Şirvanşahlar saray kompleksi, İçəri şəhər və Qız qalası 2000- ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Hava limanında qarşılanma hoteldə yerləşmə( chek inn)
Nahar yeməyi
Sərbərbəst vaxt (arzu olunarsa Baki şəhərində qisa ekskursiya)
Şam yeməyi




II gün
Qəbələ

Qəbələ şəhəri Azərbaycanın qədim şəhərlərindəndir. Qəbələ rayonunun ən məşhur tarixi-mədəni abidəsi – eramızın I əsrinə aid yazılı mənbələrdə (Pliniy və b.) adı çəkilən qədim Qəbələ şəhəridir. 1800 ildən çox mövcud olmuş Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Qədim şəhərin xarabalıqları rayon mərkəzindən 15 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə yerləşir.
Bundan başqa rayonda yüzlərlə digər tarix və mədəniyyət abidəsi var. Onlara misal olaraq Əmili kəndində IV-VIII əsrlərə aid alban məbədini, Bum kəndində XIX əsrə aid məscidi,Bayramkoxa kəndində IX-XIV əsrlərə aid Ustacan qalasını, Şəfili kəndində XVII əsrə aid məqbərəni, Həmzəli kəndində XVI əsrə aid Şıxbaba pirini, Komrad dağının zirvəsindəki Komrad pirini, Nic kəndində Hacı Qərib məscidini və XIX əsrdə yaşamış Bolu bəyin yaşayış evini göstərmək olar. Həzrə kəndində Şeyx Bədrəddin və Şeyx Mansur məqbərələri XV əsrə aid edilir. Nic kəndinin yaxınlığında Yalovlu dağda eramızdan əvvəl III-I əsrlərdə insan məskənləri olmuşdur. Bu ərazidə dəmir bıçaqlar, xəncərlər, qılınclar, tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilmişdir. Azərbaycanın şimal ərazisində dağlıq və Aran rayonlarda həmin dövrə aid arxeoloci mədəniyyət elmdə Yaloylu mədəniyyəti adlanır.
Səhər yeməyi
Hoteldən ayrılma (chek out)
Qəbələyə yola düşmək
Hoteldə yerləşmə (chek inn)
Nahar yeməyi
Nohur gölündə gəzinti
Şam yeməyi
Sərbəst vaxt




III gün
Çuxur qəbələ

Arxeoloji qazıntıların gedişində Qəbələ ərazisində maraqlı arxeoloji tapıntılar aşkar olunub. Ölkənin digər bölgələrində aparılan işlər də beynəlxalq ekspedisiyalar üçün məhsuldar sayılır. Bu arxeoloji mövsümdə antik Qəbələdə iyun ayında başlanmış arxeoloji qazıntılar davam edir. Bildiyiniz kimi, bu il Qəbələdə arxeoloji ekspedisiyasının qazıntılara başlamasının 50-ci ilidir. Biz bu il üç dəstə halında işləmişik: antik Qəbələ ərazisində, orta əsrlər Qəbələsi ərazisində axtarışlar davam etdirilmişdir.
Tarixdən bəlli olduğu kimi, Qəbələ eramızdan əvvəl 4-cü yüzilin sonlarından eramızın 5-ci əsrinin ortalarına qədər tarixi Albaniya dövlətinin paytaxtı olub. Bu dövr "Antik Qəbələ" sayılır. Sonra paytaxt Bərdəyə köçürülüb. Qəbələ isə sonrakı çağlarda artıq "xəzərlərin şəhəri" kimi tanınırdı və burada həyat XVIII əsrə qədər davam etmişdi.
Səhər yeməyi
Hoteldən ayrılma (chek out)
Çuxur Qəbələ ekskursiya
Nahar yeməyi
Bakıya yola düşmə
Hoteldə yerləşmə (chek inn)
Ş
am yeməyi
Şərbəst vaxt




IV gün
Bakı

Səhər yeməyi
Qonaqların hava limanına yola salınması (chek out)


Qeyd:

İstəyə görə artıqda qalmaq mümkündür.
Otellər səhər yeməyi 4* ulduzlu olacaq. (Otaqların ölçüsü ilə bağlı şikayətlər qəbul olunmur, biz 1 SGL və ya 1 DBL otaqları məsləhət görürük.)

Bu səfərlər komfortlu avtobuslarda həyata keçirələcək, ekskursiyalar profisianal bələdçilər tərəfindən aparılacaq (sərbəst vaxtlarda turistlər oteldən gediş-dönüş xərclərini (ictimai nəqliyyat, taksi və digər nəqliyyat vasitələri) özləri ödəməlidir.
Diqqət! Bütün ekskursiyalar proqramda təyin edilmiş vaxtda başlayır. Gecikən turistlər özləri öz hesablarına qrupa qoşulmalıdır.
İstəyə
görə şirkətimiz turun marşurutu dəyişə bilər, ancaq turun proqramı dəyişməmək şərtilə.
Turumuza fərdi də qatılmaq mümkündür. Bu halda qiymət ayrıca hesablanacaq.

 


Qrupda hər 1 nəfər üçün qiymət – 335 AZN
(qrupda minimum 6 nəfər olmalıdır)

 


Qiymətə daxildir:

Hoteldə qalmaq
Səhər, Nahar, Şam yeməyi
Transfer
Bələdçi

 

Əlavə məlumat almaq və sifariş vermək üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
3 mkr. dairəsi, Alı Mustafayev küç. 3014, CITY MALL Biznes Mərkəzi, II mərtəbə, ofis 17
Tel.:   +994 12 431 25 07
Mob.: +994 55 686 82 04
          +994 55 459 65 10
          +994 51 811 84 71
          +994 70 518 28 86
E-mail: gm@heritagetravel.az
           90_e.gunay@mail.ru
           e.elnure-90@mail.ru

 

 

11104 dəfə oxunub