Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
MİRAS Mədəni irs düşərgələrinə başlayır
13.8.2012
Facebook
Twitter Google Myspace

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi layihəsi çərçivəsində Mədəni irs düşərgələri təşkil edir.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi layihəsi çərçivəsində Mədəni irs düşərgələri təşkil edir. Düşərgədə iştirak edənlər əsasən MİRAS İctimai Birliyinin üzvləridir. Onlar həftə ərzində arxeoloji tədqiqatlarla tanış olur, əşyaların və tikili qalıqlarının konservasiyasını öyrənir, sənədləşdirmə və fotoların çəkilməsi işinə bələd olurlar. Düşərgənin sonunda iştirakçıların bilikləri yoxlanılır və onlara düşərgədə olduqlarını təsdiq edən sertifikatlar təqdim olunur.
İlk düşərgə 07-11 avqust tarixində baş tutmuşdur. Tarixçi, iqtisadçı və musiqiçi ixtisaslarına sahib olan magistr və tələbələr (Albina Rzayeva, İlqar Babayev, Ayşən Mehdiyeva və Ruslan Adıgözəlov) Azərbaycanın türk-islam mədəniyyətinin nadir qalıqlarından olan Ağsu şəhərindəki islam maddi-mədəniyyət nümunələri ilə tanış olmuş, bəzi qeydlər götürmüşlər. Qazıntıdan yenicə aşkar olunmuş metal sikkələrin bərpaçı-rəssam Vüqar Quliyev tərəfindən təmizlənməsini izləyən iştirakçılar, V qazıntı sahəsindəki evlərdən birinin həyəti ilə birlikdə konservasiyasında da yaxından iştirak etmişlər.
Sonuncu gün Orta əsr Ağsu şəhərində MİRAS musiqi qrupu Həmzə Nigarinin qəzəllərindən ibarət kompozisiyanın məşqlərini etmişdir. Məşqləri qazıntıda çalışan işçilər maraqla izləmişlər.