XƏBƏRLƏR |
Orta əsr Ağsu şəhərinin yerində arxeoloqlar tərəfindən daha bir dəfinə tapılmışdır |
13.8.2012 |
Facebook Twitter Google Myspace |
Ağsu, 13 avqust (AzərTAc). AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu Arxeoloji Ekspedisiyası Ağsu şəhərinin cənubunda yerli sakinlərin “Xaraba Şəhər” adlandırdıqları...
|
Ağsu, 13 avqust (AzərTAc). AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu Arxeoloji Ekspedisiyası Ağsu şəhərinin cənubunda yerli sakinlərin “Xaraba Şəhər” adlandırdıqları orta əsr Ağsu şəhəri yerində aparılan qazıntı işləri zamanı daha bir dəfinə - 24 ədəd gümüş sikkə tapmışdır. Gümüş sikkələr bir qədər bundan əvvəl aşkar edilmiş 37 ədəd qızıl sikkənin (Holland dukatları) tapıldığı yerdə - 7-ci qazıntı ərazisində üzə çıxarılmışdır. XVII-XVIII əsrlərə aid edilən gümüş sikkələr Şirvanşahlara məxsus hesab edilir. Hazırda sikkələrin üzərində dəqiq tədqiqat işləri aparılır. |
|