Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
MİRAS-ın Mədəni irs düşərgələri davam edir
29.8.2013
Facebook
Twitter Google Myspace

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi layihəsi çərçivəsində  

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi layihəsi çərçivəsində gənclər arasında mədəni irsin təbliği və tanıdılması məqsədilə Mədəni irs düşərgələri təşkil edir. Düşərgədə iştirak edənlər əsasən MİRAS İctimai Birliyinin üzvləridir. Onlar həftə ərzində arxeoloji turizm kompleksi və hazırda aparılan arxeoloji tədqiqatlarla tanış olur, əşyaların və tikili qalıqlarının konservasiyasını öyrənir, sənədləşdirmə və fotoların çəkilməsi işinə bələd olurlar. Düşərgənin sonunda iştirakçıların bilikləri yoxlanılır və onlara düşərgədə olduqlarını təsdiq edən sertifikatlar təqdim olunur.
Avqust ayında iki Mədəni irs düşərgəsi baş tutmuşdur. İkinci düşərgədə əsasən xarici universitetlərdə iqtisad və turizm fakultələrində təhsil alan tələbələr (Nicat Nuriyev, Cəfər Mənsimi, Zaur Məmmədov və Sevinc Əliyeva) iştirak etmişlər. Səfəvilərin son dövr şəhər mədəniyyəti və memarlığının nadir qalıqlarından olan Ağsu şəhərindəki tapıntılarla tanış olmuş, şəhər əhalisinin məşğuliyyəti və məişətini əks etdirən nümunələrlə bağlı mühazirə dinləmişlər. Qazıntıdan yenicə aşkar olunmuş mis qabların bərpaçı-rəssam Vüqar Quliyev tərəfindən təmizlənməsini izləyən iştirakçılar, V qazıntı sahəsindəki evlərdən birinin və qarşısındakı yolun konservasiyasında da yaxından iştirak etmişlər.
MİRASın Mədəni irs düşərgələri gələn həftələrdə də davam edəcək.