Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

ARXEOLOQLAR
Ələsgər Ələkbərov
Facebook
Twitter Google Myspace

Ələsgər Ələkbərov Azərbaycanın məşhur arxeoloq ve etnoqrafı 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində doğulmuşdu.

Ələsgər Ələkbərov Azərbaycanın məşhur arxeoloq ve etnoqrafı 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində doğulmuşdu.O ibtidai təhsilini Bakıdakı rus-azərbaycan məktəbində almışdı.Uşaqkən ata anasını itirən Ələsgər sonralar təhsilini Bakı realnı məktəbinin pansionunda davam etdirməyə məcbur olmuşdu. 1914-cu ildə bu məktəbi bitirəndən sonra gənc Ələsgər Kiyev Ticarət İnstitutuna daxil olmuş, lakin xəstəliyi ona həmin institutu bitirməyə imkan verməmişdi.Buna baxmayaraq Ə.Ələkbərov Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Univeristetinin tarix-filologiya fakültəsinə daxil olmuş və 1926-ci ildə oranı müvəfəqiyyətlə bitirmişdi. Hələ Univeristetində oxuyarkən Ə.Ələkbərov ölkəşünaslıq işlərinə, Azərbaycanın zəngin qədim maddi mədəniyyət tarixinə böyük maraq göstərmiş və təzəcə təşkil olunan Arxeoloji cəmiyyətinin işində yaxından iştirak etmişdi. Görkəmli şərqşünas alimlər - V.V.Bartold, N.Y.Marr, İ.Meşşaninov və başqalarının tələbəsi və yetirməsi olan Ə.Ələkbərov yorulmadan onların gözəl ənələrini davam etdirir və öz gərgin zəhməti, dərin bilik və istedadı ilə az vaxt içərisində arxeologiya və etnoqrafiya sahəsində peşekar mütexessis kimi tanınmışdı. Ə.Ələkbərovun ilk çöl tədqiqat səfərləri 20-ci illərin ortalarına təsadüf edir. O, dəfələrlə Naxçıvanda, Mil Qarabağ düzlərində,Kəlbəcər-Laçın dağlarında arxeoloji və etnoqrafik tədqiqat səfərlərində iştirak etmişdi Ə.Ələkbrov Azərbaycanın orta əsrlərə aid qiymətli abidələrin sayılan Örənqala qazıntılarının ilk təşkilatçılarından olmuşdu.Buradakı qazıntıların nəticələri sonralar onun "Örənqala qazıntıları" adlı əsərində geniş şərh edilmişdi. Bu əsərdə orta əsr Azərbaycanın mühüm şəhərlərdən olmuş Örənqala-Beyləqana aid diqqəti cəlb edən maraqlı elmi fikirlər, mülahizələr irəli sürülmüşdü.
Azerbaycanda ilk etnoqrafik xəritənin yaradılması kimi çetin bir iş də bilavasitə onun adı ilə bağlıdır.Bu xəritəyə 5 mindən çox yaşayış yeri salınmışdı.İstedadlı alim olmaqla yanaşı Ə.Ələkbərov eyni zamanda gənc mütəxəssislərin yetişməsinə daim qayğı ilə yanaşmış, elmi təşkilatı və ictimai işlərdə böyük fəaliyyət göstərən xadim kimi şöhrət qazanmışdı.
O, uzun illər Moskvada cıxan "Sovetskaya etnoqrafiya" jurnalının redaksiya heyyətinin üzvü olmuş, respublikamızda ayri-ayri muzeylərin yaradılmasında, müxtəlif sərgilərin təşkilində, bir sıra konfrans və əlamətdar günlərin keçirilməsində yaxından iştirak etmiş və ya bilavasitə rəhbəri olmuşdur.
Bakıda I Ümumittifaq türkoloji qurultaynın çagrılması, Şərqin böyük şair Firdovsiyə həsr olnmuş sərgnin açılması və bu kimi digər işlərdə Ə.Ələkbərov xüsusilə böyük fəaliyyət göstərmişdi.
Ə.Ələkbərov 1937-ci ilde SSRI EA-nın Azərbaycan filialının tarix, dil və ədəbiyyat institutunda "Maddi mədəniyyət bölməsi"nə başçılıq etmişdi. Ə.Ələkbərov yaradıcılığının məhsuldar dövründə sevimli işindən uzaqlaşdırılışdır. Respublikamızın özündə və onun sərhədlərdən uzaqlarda da böyük alimə qarşı iftiralar, təqiblər başlamışdı. Bu cəhətdən riyakar erməni qonşularımız, onların "görkemli alim nümayəndələri", o cümlədən İ.A.Orbeli xüsusilə seçilmişdilər. 1937-ci il dekabrın 30-da Ə.Ələkbərov "xalq düşməni" adı ilə sürgü olunub.1939 cu ildə ağır işgəncələrdən sonra ağır xəstəlikdən sürgünde vəfat etmişdir.
Cəmi 15 il elmi fəalyyətlə meşğul olmuşdur. 30 dan çox yüksək elmi dəyərli əsər yazmışdır. Küp qəbirlər mədəniyyəti, boyalı qablar mədəniyyəti sahəsində axtarışları mühüm əhəmiyyətə malikdir. 20-ci və 30-cu illərde Küp qəbirlər mədəniyyətinə aid Füzuli bölgəsində ve Ağcabədidəki Qalatəpə abidəsində nadir abidələr üzə çıxarmış və öyrənmişdi. Yeri gəlmişkən qeyd etmek lazımdır ki, Azərbaycanda qədim şəhər mədəniyyəti kimi mühüm məsələnin qoyuluşu və ilk tədqiqi Ə.Ələkbərovun adı ilə bağldır.Onun tədqiqatları ilə yaxından tanış olmaq üçün 1936-ci ildə məşhur çex şərqşünasi B.Qroznı Bakıya gəlmişdi.
Ə.Ələkbərov həm də istedadlı folklorşünas kimi tanınmışdı. Bu cəhətdən "Azərbaycanda kukla teatrı və oyunlar" məqaləsi, xüsusilə böyük elmi əhəmiyyət kəsb edir.Böyük zəhmətkeş alim - Ələsgər Kazım oğlu Ələkbərovun bütün yaradıcılıq fəaliyyəti yorulmadan, qəlbən elmə xidmətin bariz nümunəsidir. 1960-cı ildə alimin əsərləri Azərbaycan Milli EA tərəfindən "Azərbaycanın arxeologiyası və etnoqrafiyasına dair tədqiqatlar" başlığı altında ayrıca kitab şəklində çap edilmişdir.