Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

ARXEOLOQLAR
Qüdrət İsmayılzadə
Facebook
Twitter Google Myspace

1958-1977-ci illərdə Azərbaycan Elmlər Akademiyası: Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya sektorunun əməkdaşı olmuşdur; hal-hazıradək Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlıq edir.

QISA BİOQRAFİK MƏLUMAT
1934-cü il 24 oktyabrda Bakı şəhərində neftçi ailəsində anadan olmuşdur.
1952-ci ildə 208 saylı orta məktəbi bitirmişdir.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1952-1957-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi olmuşdur.
1960-1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının aspirantı olmuşdur.
Namizədlik dissertasiyası – «Qərbi Azərbaycanın qədim mədəniyyəti tarixinə dair», Tbilisi Dövlət Universiteti, 12 fevral 1964-cü il Qarabağ, Azıx, Sarıtəpə və digər arxeoloji ekspedisiyalarında iştirak etmişdir.
1964-1988-ci illərdə Füzuli arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir.
Doktorluq dissertasiyası – «Azərbaycanın erkən tunc dövrü mədəniyyəti», Gürcüstan Elmlər
Akademiyası, Tarix İnstitutunun Elmi Şurası, 28 oktyabr 1983-cü il
ƏMƏK FƏALİYYƏTİ
1957-1958-ci illərdə Azərbaycan SSR Yardımlı rayonu Arus və Mirimli kənd məktəblərində tarix və rus dili müəllimi işləmişdir.
1958-1977-ci illərdə Azərbaycan Elmlər Akademiyası: Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya sektorunun əməkdaşı olmuşdur; hal-hazıradək Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlıq edir.
1977-ci ildən hal-hazıradək Bakı Dövlət Universiteti: «Ümumi tarix» kafedrası, «Qədim dünya və Orta əsrlər tarixi» kafedrası, «Arxeologiya və Etnoqrafiya» kafedrasında çalışır
1989-1990-cı illərdə AFR-də Azərbaycanın maddi mədəniyyəti haqqında mühazirələr oxumuşdur
Troya, Boğazköy və Altıntəpə kimi dünya əhəmiyyətli abidələrdə arxeoloji qazıntılarda iştirak etmişdir.
200-dən artıq elmi məqalə və monoqrafiyanın müəllifidir.
1971-2008-ci illərdə Bakı Dövlət Universitetində Qədim Şərq, Yunanıstan və Roma svilizasiyaları haqqında mühazirələr oxumuşdur.
Hal-hazırda Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri vəzifəsində çalışır, Ümumi arxeologiya və Azərbaycan arxeologiyası üzrə mühazirələr oxuyur.
Beynəlxalq arxeoloqlar Assosiasiyasının üzvü, Türkmənistan prezidenti yanında Şərqin mədəni irsinin yrənilməsi üzrə Elmi Şuranın və Rusiya arxeoloqlar cəmiyyətinin Azərbaycan bürosunun üzvüdür.
«Miras» jurnalının beynəlxalq redaksiya şurasının üzvüdür. «Azərbaycan Arxeologiyası» jurnalının baş redaktorudur.
Ümumi arxeologiya və Azərbaycan arxeologiyası dərslərini aparır 150-dən artıq elmi məqalənin, 3 elmi monoqrafiyanın, 2 elmi-populyar kitabın, 1 dərs vəsaitinin müəllifidir.
1 elmlər doktoru və 5 elmlər namizədi yetişdirmişdir