Azərbaycanın ilk arxeoloq-entoqraf alimləindən biri, əməkdar elm xadimi, Əmək Bayrağı ordenli istedadlı təqdqiqtatçı İshaq Məmmədrza oğlu Cəfəzadə idi. İshaq Cəfərzadənin adı respublikamızdan kənarda Fransa, İngiltərə, Çexiya, Slovakiya, Macarıstan, İtaliya, İspaniya hətta Kanada da eşidilib. Hər yerdə onu arxeologiyanın yaradıcılarından biri və misilsiz Qobustan mirasının ilk tədqiqatçısı kimi tanıyırlar. İshaq Cəfərzade 1895 ci ilde Gəncədə anadan olub.Atası Məmmədrza sənətkar olmuş ve şəhərdə yaxşı sərrac kimi tanınmışdı.İshaq ilk təhsilini 6 yaşa çatanda mədrəsədə başlayıb.Burada ərəb və fars dillərini öyrenib.Mədrəsdən sonra o,6 illik şəhər məktəbində təhsil alıb.Burda İshaq Cəfərzade yeni bir dilə rus dilinə yiyələnib.Tarix elminin sirlərinə yiyələnmək məqsədilə 1924 cu ildə o,Azərbaycan Ali Pedaqoji institutunun tarix fakultəsinə daxil olmuş və oranı ela qiymətlərlə qurtarmışdı. Ali Pedaqoji İnstitunu bitirəndən sonra İshaq Cəfərzadə sənədlərini Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinə vermişdi. İstər pedaqoji institutda, istərsə də universitetdə oxuyarkən o, elmi işə daha böyük maraq göstərmiş, arxeoloji və etnoqrafik dərnəklərin işində, yeni yaranan “ Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyətin” , elecə də “Azərbaycanın qədim və incəsənət abidələrini qoruyan komitə”nin tədqiqatlarına fəal iştirak etmişdir.
Ishaq Cəfərzadə hələ Universitetdə oxuyarkən 1926 cı ildə Azərbaycan Dövlət Tarix Muzeyinə elmi işçi vəzifəsinə qəbul olunmuşdur. Yada salmağa dəyər ki, respublikazmızda geniş arxeoloji axtarışlar və qazıntılar aparmış 20-dən artıq arxeoloji və etnoqrafik ekspedisiyaların təşkili və işi bilavəsitə İshaq müəllimin adi ilə bağlıdır.
Hələ 1926-cı ildə o, akademik İ.Messaninovun başçılıq etdiyi ekspedisiyasının tərkibində Xocalıda və Qızıl Vəngdə, Çovdar və Yaloylutəpədə arxeoloji qazıntılar aparmış, olduqca maraqlı etnoqrafik məlumatlar toplamışdı. İshaq müəllim həmin ildə Azərbaycanın ilk arxeoloqlarınından olan Davud bəy Şerifovun rəhbərliyi ilə qədim Qəbələ Şəhər yerində başlanan qazıntılardakı işi də çox uğurlu olmuşdu. Daim axtarışlara can atan gənc alim ixtisasını təkminləşdirmək və təcrübə toplamaq məqsədi ilə 1929-cu ildə SSRİ Elmlər Akademiyasının təşkil etdiyi ekspedisiyanın işinə qoşularaq Qara dənizin şimalındakı antiq dövrlərə aid Olviya şəhər yerində də qazıntılar aparmışdır. Topladığı təcrübə İshaq Cəfərzadəyə az vaxt içərisində Azərbaycan Dövlət muzeyində zəngin arxeoloji fond yaratmağa və xüsusi şöbə açmağa imkan vermişdi. Zəhmtkeş alim 1937-1939-cu illərdə Kiçik Qafqaz silsilələrinin əlçatmaz yerlərində son tunc və ilk demir dövrünə aid 120-dən çox möhtəşəm divarlı qalalar qeydə almış və bunları elmi əsaslarla tədqiq etmişdir. Onun bu abidələrə aid tədqiqat əsəri böyük elmi əhəmiyyətinə görə gənc alimlərin ümumittifaq müsabiqəsində böyük müvəfəqqiyət qazanaraq xüsusi mükafata layiq görülmüşdü.
İ.Cəfərzadənin ilk elmi axtarışlarında qədim Gəncə qazıntıları da böyük yer tutmuşdu. Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar təşkil edilən qazıntılara İshaq Cəfərzadə rəhbərlik etmişdir. Onun rəhbərliyi ilə qədim Gəncə şəhərinin yeri dəqiq müəyyənləşdirilmiş və geniş qazıntılarla burada qala divarlarının, sənətkarlıq məhəllələrinin, şəhər körpülərinin və başqa tikintilərin qalıqlaı çıxarılmış və yüzlərlə dəyərli maddi mədəniyyət nümunələri əldə edilmişdi. Təcrübəli alim qədim Gəncənin ətrafında tunc döürünə aid abidələr aşkara çıxarmışdır.
II Dünya müharibəsi illərində və müharibədən sonrakı illərdə İ.Cəfərzadə Bakı limanında yerləşən sirli “şəhri Səbayıl”da və Yaloylutəpədə başlanan arxeoloji qazıntılara rəhbərlik etmişdir.
Zəmətkeş arxeoloqumuz müharibə illərindən sonra apardığı tədqiqatların əsas və mühüm hissəsini misilsiz Qobustan qayaüstü rəsmlərlə bağlıdır. Qobustanın qayaüstü rəsmləri ilk dəfə 30-cu illərin sonlarından aşkar edilsə də təcrübəli alim onların elmi tədqiqinə nisbətən gec başlamış. Az vaxt içərisində Qobustandan 5000-ə yaxın qədim qayaüstü rəsmləri aşkar etmişdir. Aşka edilən rəsmlərin hamısı dəqiq qeydə alınmış və alimin həyat yoldaşı, onun tədqiqatlarının ən yaxın köməkçisi, Azərbaycanın ilk qadın rəssamlarından olan Şəffiyə xanım tərəfindən böyük dəqiqliklə kağıza köçürülmüşdü. İ.Cəfərzadə Qobustan təsvirlərinin ən qədim nümunələrini orta daş –Mezolit dövrünə aid etmiş, onların 9-10min il əvvəl çəkildiyini sübutə yetirmişdi. 1973-cü ildə zəhmətkeş alim “Qobustan” adlı böyük bir əsər çapdan çıxmışdı. Alimin ömrünün son illərində “Qobustanın petroqlifləri” adlı daha bir elmi əsəri uğurla başa çatdırılmışdı. Təəssüf ki, böyük alimin ölümündən sonra işıq üzü görmədi. Onu da qeyd etməyə dəyər ki, alim həyat yoldaşı Şəfiyyə xanımla birlikdə “Abşeronun qəbir daşları” adlı bir əsər də yazmış, çap üçün Elmlər Akademiyasina təqdim etmişdir. Bu əsərdə cap olunmamışdır. 1982-ci ilin yanvarın 5-də uzun illərdən bəri topladığı zəngin mirası bizə ərmağan edərək dünyasını dəyişdi. |