Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

ARXEOLOQLAR
Məmmədəli Hüseynov
Facebook
Twitter Google Myspace

M.M.Hüseynov 1922-ci il aprelin 3-də Qazax rayonunun Molla Cəfərli kəndində anadan olmuşdur. Uşaqlıq illərini doğma kəndində keçirmiş və orta məktəbi qurtaran kimi hərbi xidmətə çağrılmışdır. 

M.M.Hüseynov 1922-ci il aprelin 3-də Qazax rayonunun Molla Cəfərli kəndində anadan olmuşdur. Uşaqlıq illərini doğma kəndində keçirmiş və orta məktəbi qurtaran kimi hərbi xidmətə çağrılmışdır. 1941-1945-ci illər müharibəsi cəbhələrində qanlı döyüşlərdən keçmiş gənc Məmmədəli Hüseynov 1946-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1951-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
1958-ci ildə M.Hüseynov Qazax rayonu ərazisində kəşfiyyat işləri də aparmış və Daşsalahlı müstye düşərgəsini aşkar etmişdir. Daşsalahlı düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı müstye mədəniyyətinə aid zəngin elmi materiallar tapılmışdır. M.M.Hüseynov 1960-cı ildə Tbilisi şəhərində olan Arxeologiya, Etnoqrafiya və Tarix Institutunun Elmi Surasmda "Aveydağ paleolit düşərgələri" adlı namizədlik dissertasiyasmı müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
M.M.Hüseynov Qarabağın Quruçay və Köndələnçay sahillərində arxeoloji kəşfiyyat işləri aparmış və çoxtəbəqəli Azıx və Tağlar paleolit düşərgələrini aşkar etmişdir.
Məmmədəli Hüseynov 1968-ci ildə Azıx düşərgəsinin V təbəqəsində apardığı arxeoloji qazmtılar zamanı əmək alətləri ilə birlikdə qədim insan çənəsi tapmışdır.
Məmmədəli Hüseynov Azıx düşərgəsinin ən aşağı təbəqələrində apardığı ar-xeoloji qazıntılar zamanı mühüm elmi əhəmiyyətə malik maddi mədəniyyət nü-munələri aşkar etmişdir. Aşağı təbəqələrin daş məmulatı arasında 4-5 kq ağırlığında olan nəhəng kobud çapma alətlər diqqəti cəlb edir.
Məmmədəli Hüseynovun rəhbərliyi altında aparılan tədqiqatlar zamanı Azər-baycan ərazisində zəngin paleolit düşərgələri aşkar olunmuş və nəticədə Respublika paleolit məktəbi yaradılmışdır. Məmmədəli Hüseynov 1985-ci il oktyabrın 29-da Kiyev şəhərində "Azərbaycanm qədim paleoliti" adlı doktorluq dissertasiyasmı müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsini almışdır.
1987-ci ildə Məmmədəli Hüseynova professor adı verilmişdir. O, 1971-1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafıya institutu Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik etmişdir. Eyni zamanda Məmmədəli Hüseynov Bakı Dövlət Universitetində dərs demiş və 1976-1993-cü illərdə Tarix fakültəsində təşkil olunmuş Arxeologiya və etnoqrafiya kafedrasmın müdiri olmuşdur.
Məmmədəli Hüseynov 6 kitabm və 100-dən artıq elmi əsərin müəllifidir.
Məmmədəli Hüseynov yaradıcılığmın ən məhsuldar bir vaxtmda 1994-cü il iyulun 5-də vəfat etmişdir.