Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

ARXEOLOQLAR
Aləm Nuriyev
Facebook
Twitter Google Myspace

Aləm Nuriyev 1936-cı il oktyabr ayının 7-də Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1984-1989-cu illərdə qədim Bərdə şəhərinin araşdırılması məqsədilə qazıntı işlərində iştirak etmişdir. 

Nuriyev Aləm Bayram oğlu — tarix elmləri doktoru, professor, arxeoloq.
Aləm Nuriyev 1936-cı il oktyabr ayının 7-də Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1984-1989-cu illərdə qədim Bərdə şəhərinin araşdırılması məqsədilə qazıntı işlərində iştirak etmişdir. 1984-cü ildə Bərdə rayonunun Şatırlı kəndi yaxınlığında üzərində alban əlifbası ilə yazılar yazılmış insan fiqurlu qədim məzar daşı abidəsi aşkar etmişdir.
Əsasən Qafqaz Albaniyasının müxtəlif problemlərinin tədqiqi və öyrənilməsi, sənətkarlıq, şüşə, dulus, metalişləmə tarixi, Bərdə şəhərinin inkişaf mərhələləri, xaraba şəhərlərin (Şamaxı, Bərdə, Naxçıvan, Ərəs və s.) üzrə çıxarılması və Azərbaycan tarixinin digər problemlərinin öyrənilməsi və tədrisi ilə məşğul olmuşdur. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk Orta Əsrlər Azərbaycan Arxeologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Rusiya Federasiyası Abidələrinin Mühafizəsi Cəmiyyətinin üzvü olmuşdur. 115-dən çox elmi məqalənin müəllifidir.
Əsərləri:
1. Qafqaz Albaniyasının şüşə məmulatı və istehsalı tarixi. Bakı: Elm, 1981
2. Bərdə şəhərinin tarixi arxeoloji oçerki. Bakı: Elm, 2001
3. Orta əsr Bərdə şəhəri. Bakı: Elm, 1986
4. Pir Mərdəkan - Xənəgah kompleksi.
5. Qafqaz Albaniyası şəhərinin topoqrafiyası və sənətkarlığı.