Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

TURLAR
İnfotura Dəvət

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası və Heritage Travel Turizm Şirkəti KİV nümayəndələri və turizm şirkətlərinin təmsilçiləri üçün 2013-cü il oktyabrın 19-da Ağsu şəhərinə növbəti ənənəvi infotur təşkil edir.

Hörmətli KİV rəhbərləri!
Hörmətli Turizm şirkətlərinin rəhbərləri!
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası və Heritage Travel Turizm Şirkəti KİV nümayəndələri və turizm şirkətlərinin təmsilçiləri üçün 2013-cü il oktyabrın 19-da Ağsu şəhərinə növbəti ənənəvi infotur təşkil edir.
Məqsəd Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatların ən yeni nəticələri, Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi, Şirvan Xəzinəsinə Aparan Yollar mədəni irs turları ilə tanışlıqdır. Brifinq iştirakçıları Orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntılarla, bərpa və konservasiya işləri, Orta əsr Ağsu şəhəri Arxeoloji turizm Kompleksi və onun fəaliyyəti ilə tanış olacaq, onları maraqlandıran suallara cavab alacaqlar.
İştirakçılar nəqliyyat və nahar yeməyi ilə təmin oluncaqlar.
İnfoturda iştirak etmək arzusunda olanlar (hər KİV-dən 1 nəfər olmaqla) üçün ayrılan avtobus 19 oktyabr saat 08.00-da Gənclik metro stansiyasının çıxışından yola düşəcək.
Xahiş edirik ki, 14 oktyabr saat 18.00-a qədər infotura qatılacaq əməkdaşınız haqqında bizə telefon və ya e-mail vasitəsilə məlumat verəsiniz.
Əlaqə: 012 408 9225 (ofis)
050 398 72 69 (Toğrul Muxtarov, MİRAS İB Bərpa və Sərgilər şöbəsinin rəhbəri)

7194 dəfə oxunub