Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

TURLAR
Birinci Gəgəli Tərəkəmə Bilik Olimpiadası

Tərəkəmə Olimpiadasının ideyası tərəkəmə həyat tərzi ilə bağlı bilikləri yoxlamaq və möhkəmləndirməkdir. Olimpiadada yerli və xarici olmaqla istənilən maraqlı şəxslər iştirak edə bilər. 

 "Xınalıq əhalisinin mədəni landşaftı və "Köç yolu" Tərəkəmə marşrutu" 2023-cü ildən YUNESKO-nun dünya irs siyahısına daxil edilmişdir. Tərəkəmə marşrutları, obaları və yurdlarının öyrənilməsi, mühafizəsi və təbliği dünya irsinin inkişafına və davamlılığına imkan yaradır. Bu mənada Tərəkəmə Olimpiadasının ideyası tərəkəmə həyat tərzi ilə bağlı bilikləri yoxlamaq və möhkəmləndirməkdir. Olimpiadada yerli və xarici olmaqla istənilən maraqlı şəxslər iştirak edə bilər. Aşağı yaş həddi 10 yaşdır, yuxarı yaş həddi yoxdur. Jüri 9 nəfərdən ibarət olmaqla Gəgəli bələdiyyəsi, Gəgəli ağsaqqalları və folklor mütəxəssisləri içərisindən seçilir. Olimpiadada test formatında onlayn olaraq 20 sual veriləcək. Ən azı 15 suala düzgün cavab verən iştirakçılar təqdimat mərhələsinə qatılacaqlar. 07-08 oktyabr tarixlərində suallar cavablandırılmaq üçün açıqdır. Təqdimat mərhələsində tərəkəmə həyat tərzi ilə bağlı esselər qəbul ediləcək. Gəgəli ağsaqqallarının təşəbbüsü ilə Gəgəli bələdiyyəsi 15 oktyabr tarixində Birinci Gəgəli Tərəkəmə Bilik Olimpiadası keçirməyi planlaşdırır. Olimpiada Gəgəli kəndində "Tərəkəmə yurdu" folklor turizmi meydanında keçiriləcək. Olimpiadaya bütün maraq qruplarını dəvət edirik. Olimpiadanı birinci üç yerdə bitirənlər diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Bundan başqa bütün iştirakçılara iştirakçı sertifikatı və Gəgəli məhsullarından ibarət hədiyyə paketi veriləcək. Əlaqə üçün e-mail tarakamafolkloru@gmail.com, mobil telefon və votsap 0508764043. 

 

Proqram 

11.00 - Gəgəli kəndində Tərəkəmə yurdu ilə tanışlıq

11.30 - Olimpiadanın açılışı

12.00 - Esse yazılması

13.00 - Nahar (Təşkilat Komitəsi verəcək)

14.00 - Qaliblərin elan olunması, hədiyyələrin verilməsi

15.00 - Orta əsr Ağsu şəhəri ilə tanışlıq

16.00 - Çay süfrəsi

17.30 - Hacıqabulda nar bağını ziyarət etmək (istəyən nar dərə bilər)

663 dəfə oxunub