Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində arxeoturizmə həsr edilmiş növbəti seminar keçiriləcək
21.10.2011
Facebook
Twitter Google Myspace

 “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi çərçivəsində 24 oktyabr 2011-ci il saat 14.00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində (ünvan: H.Zərdabi, 34 A) seminar keçirəcək. Layihənin donoru Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.

Azərbaycanda Turizm ili kimi qeyd olunan 2011-ci ildə gerçəkləşdirilən “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsinin və eləcə də, layihə çərçivəsində keçiriləm seminarların məqsədi Azərbaycanda arxeoloji turizmi təbliğ edərək bu sahənin inkişafına nail olmaq, tarixi-arxeoloji abidələrimizə diqqəti artırmaq, onların qorunmasını təmin etmək, arxeologiya elminə marağı genişləndirməkdən ibarətdir.
Seminarda “Miras” İB sədrinin müavini Arzu Soltan “Miras” İctimai Birliyi və onun fəaliyyəti haqqında, layihənin rəhbəri Rəşad İbrahimov “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi haqqında məlumat verəcək. Daha sonra “Miras” İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Ağsuda arxeoloji turizmin inkişaf etdirilməsi üçün görülən işlər" və tarix elmləri doktoru, professor, Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev "Müstəqillik illərində Azərbaycanda arxeoloji abidələrin tədqiqi sahəsində əldə edilən uğurlar" mövzusunda məruzə edəcəklər.
Seminarda həmçinin “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi çərçivəsində çəkilmiş “Azərbaycan abidələr diyarıdır” filminin təqdimatı təqdimatı olacaq.
Seminarın mövzu ətrafında müzakirələrlə davam etməsi nəzərdə tutulur.
Tədbirdə Universitetin müəllim və tələbələri, elm adamları, KİV təmsilçiləri iştirak edəcək.