Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
ICEA 2012 Ağsu, Azərbaycan Konfransı
27.3.2012
Facebook
Twitter Google Myspace

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan) və Dokuz Eylül Universitesi Kafkasya Orta Asya Arkeoloji Araştırmaları Mərkəzi (Türkiyə) Ağsu rayonu İcra hakimiyyətinin dəstəyi ilə 1-5 oktyabr 2012-ci ildə Ağsu şəhərində IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı keçirəcəkdir. 

Konfransın başlıca məqsədi Avrasiya regionunda ən qədim dövrdən son orta əsrlərə qədər tarixi mərhələni əhatə edən abidələrdə qazıntı aparan arxeoloqları, xalqların etnik özünəməxsusluğunu araşdıran etnoqrafları, arxeoloji və etnoqrafik turizmin elmi və təcrübi əsaslarını öyrənən alimləri, menecerləri bir araya gətirməkdir. Azərbaycanda son illərdə aparılan arxeoloji qazıntılar, elmi araşdırmalar, o cümlədən orta əsr Ağsu şəhərində genişmiqyaslı tədqiqatlar konfransın Azərbaycanda keçirilməsinə şərait yaratmışdır.


ÜMUMİ MƏLUMAT
Mövzu
Avrasiya regionunda arxeoloji tədqiqatlar və arxeoloji turizmin perspektivləri

Mövzu başlıqları
Arxeologiya (Ən qədim dövrdən orta əsrlərə)
Tarix
Qayaüstü təsvirlər
Arxeoloji turizm
Etnoqrafiya
Mifologiya
Sənətşünaslıq

Əsas tarixlər:
Tezislərin son göndərilmə tarixi: 15 avqust 2012
Qəbul edilən tezislərin elan olunması: 17 avqust 2012
Məruzə mətnlərinin son göndərilmə tarixi: 30 avqust 2012
Rəsmi dəvətnamələrin göndərilməsi: 31 avqust 2012
Ağsuya gəlmə və qeydiyyat tarixi: 1 oktyabr 2012
Konfrans tarixi: 2-3-4 oktyabr 2012
Ağsudan yola düşmə tarixi: 5 oktyabr 2012

Keçiriləcək yer:
Ağsu şəhəri
Konfransın dili
Konfransın dili azərbaycan, türk, rus, ingilis dilidir.

Çıxışlar
Çıxışlar 20 dəqiqə nəzərdə tutulur. Power Point-dan istifadə edən rus və ingilis dilli məruzəçilər Azərbaycan və ya türk dilində, azərbaycan və türk dilli məruzəçilər ingilis dilində hazırladıqları prezentasiyaları konfransın ilk günü təqdim etməlidirlər.

Mehmanxana
Bütün konfrans iştirakçılarının mehmanxana və konfrans boyunca yemək xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir.

Yol
Yol xərcləri konfrans iştirakçılarının özlərinə aiddir.
Qeydiyyat xərci
Qeydiyyat xərci üzvlər üçün 100 avro, üzv olmayanlar üçün 125 avro-dur.
(ICEA konfranslarından birinə qatılanlar ICEA üzvləridir).

ELMİ KOMİTƏ
(əlifba sırası ilə)

Bayram Bayrakdar
(Doqquz Eylül Universiteti Ədəbiyyat Fakultəsi Dekanı)

Qafar Cəbiyev
(Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu)

Ludmila Sokolova
(Rusiya Elmlər Akademiyası Maddi Mədəniyyət Tarixi İnstitutu)

Semih Güneri
(Doqquz Eylül Universiteti Qafqaz və Orta Asiya Arxeoloji Araşdırmaları Mərkəzi)

Vəli Əliyev
(Azərbaycan Milli Elmlər Akademiyasının Müxbir Üzvü)

TƏŞKİLAT KOMİTƏSİNİN SƏDRİ

Fariz Xəlilli
(MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, Azərbaycan)

TƏŞKİLAT KOMİTƏSİ
(əlifba sırası ilə)

Emil Səfərov
(Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan)

Güneyhan Rüzgar
(Doqquz Eylül Universiteti, Qafqaz və Orta Asiya Arxeoloji Araşdırmaları Mərkəzi, Türkiyə)

Rəşad İbrahimov
(MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan)

Şölə Bayramova
(MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan)