Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
“Tarixi şəhərlərimizdə kərpic memarlığı” mövzusunda Respublika konfransı keçirilmişdir
19.4.2012
Facebook
Twitter Google Myspace

Aprel ayının 17-də Ağsu şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ağsu Rayon İcra Hakimiyyəti və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 18 aprel - Beynəlxalq Abidələr və...

Konfrans iştirakçıları əvvəlcə 2010-cu ilin mart ayından Orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntıların nəticələri, burada görülən konservasiya işləri və sərgi ilə tanış oldular. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinin sektor müdiri Arif Əliyev kərpic memarlığının əhəmiyyətindən danışaraq qeyd etdi ki, Çin Səddi qədər əhəmiyyətli abidəmiz olan Gilgilçay Səddi də məhz çiy kərpicdən tikilmişdir. Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev Şirvan memarlıq məktəbinin daş memarlığı olmasına baxmayaraq son arxeoloji qazıntılar zamanı burada kərpic memarlığının da geniş yayıldığını bildirmişdir. AMEA-nın müxbir üzvü Vəli Əliyev Azərbaycanda erkən şəhər mədəniyyəti haqqında danışaraq kərpic memarlığının qədim dövrdə geniş yayıldığını qeyd etmişdir.AMEA-nın müxbir üzvü Cəfər Qiyasi Səlcuq memarlığında bəzək elementlərinin hazırlanmasında kərpicdən ustalıqla istifadənin örnəkləri haqqında məlumat vermişdir. Türkiyə Respublikasının “Arxeologiya və sənət” jurnalının redaktoru, professor Mustafa Nezih Başgelen son arxeoloji tədqiqatlar zamanı dünyada çiy kərpicdən istifadənin ən qədim örnəyini Anadoluda aşkar etdiklərini və bunu radiokarbon analizlərlə müəyyən etdiklərini bildirmişdir.Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli son orta əsr (XIV-XVIII əsrlər) şəhərlərində nəinki adi yaşayış binalarının, hətta qala divarları, saraylar, məscidlərin də çiy kərpicdən tikildiyni konfrans iştirakçılarının diqqətinə çatdırdır.Memarlıq və İnşaat Universitetinin doktorantı Uğur Qiyasi son zamanlar bərpa və konservasiya olunan kərpic memarlığı abidələrindən və gələcək layihələrdən danışdır. Mədəni İrs şöbəsi