Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
MİRAS İNFOTUR təşkil edir
7.9.2012
Facebook
Twitter Google Myspace

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası və Heritage Travel Turizm Şirkəti sentyabr ayının 11-də Ağsu şəhərində KİV nümayəndələri üçün

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası və Heritage Travel Turizm Şirkəti sentyabr ayının 11-də Ağsu şəhərində KİV nümayəndələri üçün Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatların ən yeni nəticələri, Ağsu şəhəri içərisində Şıxməzid türbəsi yaxınlığında XVI əsrə aid məscid kompleksində kəşfiyyat işləri, Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi ilə tanışlıq və Şirvan Xəzinəsinə Aparan Yollar mədəni irs turlarına həsr olunmuş brifinq keçirəcək.
Brifinq iştirakçıları Orta əsr Ağsu şəhərində aparılan arxeoloji qazıntılarla, bərpa və konservasiya işləri, Şıxməzid məscidində arxeoloji kəşfiyyat işləri, Orta əsr Ağsu şəhəri Arxeoloji turizm Kompleksi və onun fəaliyyəti ilə tanış olacaq, Ağsu dolaylarındakı “Axırıncı Aşırım restoranı”nda təşkil olunmuş brifinq və ziyafətdə iştirak edəcəklər.
Brifinqdə iştirak etmək arzusunda olanlar (hər KİV-dən 1 nəfər olmaqla) üçün ayrılan avtobus 11 sentyabr saat 08.00-da 20 yanvar metro stansiyasının çıxışından yola düşəcək.
10 sentyabr saat 18.00-a qədər brifinqə qatılacaq əməkdaşınız haqqında bizə telefon və ya e-mail vasitəsilə məlumat verməyinizi Sizdən xahiş edirik.