Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

TURLAR
Şəmkir minarəsinin axtarışında

Bu 4 günlük tur ərzində Siz Bakı, Gəncə və Şəmkir şəhərləri ilə yaxından tanış olacaq, Orta əsr Şəmkir şəhərinə ekskursiya edəcəksiniz!

 

 


Bakı-Gəncə-Şəmkir-Bakı

4 gün / 3 gecə

Qədim Odlar yurdu Azərbaycana xoş gəlmisimiz! Azərbaycan istər tarixi, istər mədəniyyəti, istərsə də təbii ehtiyatları və təbiət möcüzələri ilə Qafqazın digər ölkələrindən fərqlənir. Həqqiqətən də bu maraqlı ölkə ilə yaxından tanış olmağa dəyər.
Bu 4 günlük tur ərzində Siz Bakı, Gəncə və Şəmkir şəhərləri ilə yaxından tanış olacaq, Orta əsr Şəmkir şəhərinə ekskursiya edəcəksiniz.


I gün
Bakı

Bakı - Azərbaycan Respublikasının paytaxtı, Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzi, Xəzər dənizində ən böyük liman. Bakı bu gün Azərbaycan paytaxtı Qafqaz regionunun iri siyasi və iqtisadi mərkəzlərindən biri kimi mühüm rol oynayır. Paytaxtımız tarxini əks etdirən qədim qalaları, “İçərişəhər” kompleksi, muzeyləri, məscidləri və müasir binaları və yaşıl parkları ilə gələn qonaqları valeh edir.Şəhər 11 administrativ rayona və 48 məmləkətə bölünüb. Şirvanşahlar saray kompleksi, İçəri şəhər və Qız qalası 2000- ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Hava limanında qarşılanma hoteldə yerləşmə( chek inn)
Nahar yeməyi
Sərbərbəst vaxt (arzu olunarsa Baki şəhərində qisa ekskursiya)
Şam yeməyi


II gün
Gəncə

Gəncə - Azərbaycanın ikinci böyük şəhəri. Ərazisi 110 km², əhalisinin sayı 336 min 100 nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 2755 nəfər/km² təşkil edir.Şəhər Gəncə çayı, Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə uzun müddət Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmuşdur.Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri cənub-şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçay çayının hər iki sahilində yerləşir. Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan və turistlərin burdan keçərkən ayaq saxlayıb xarici elm adamlarıyla söhbət, müzakirələr aparmaqdan zövq aldığı bu cazibədar məkan karvan yollarının kəsişdiyi bir ərazidə yerləşir. Şəhərin sahib olduğu zəngin tarixə nəzər saldıqda hər oxuduğumuz sətirdə bizi qədimə götürəcək nümunələrin şahidi olmaqla bərabər, onun gözəlliyini və nəfəsini öz üzərimizdə hiss edirik.
Səhər yeməyi
Hoteldən ayrılma (chek out)
Gəncəyə yola düşmək
Nahar yeməyi
Gəncəyə ekskursiya
Şəkirə yola düşmək və hoteldə yerləşmə (chek inn)
Şam yeməyi
Sərbəst vaxt ( arzu olunarsa Şəmkir şəhərinə ekskursiya ekskursiya)



III gün
Şəmkir

Şəmkir - Azərbaycanda rayondur. Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Şəmkir rayonu (1991-ci ilədək Şamxor) 1930-cu ildə təşkil olunmuşdur. Şəmkir rayonu ərazisində IX-XI əsrlərə aid Şəmkir şəhər xarabalıqları, IX-XI əsrlərə aid Şəmkir körpüsü, Şəmkir qalası (Muxtariyyəkəndi), XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları (Bayramlı kəndi), XI-XII əsrlərə aid Qız qalası (Seyfəli kəndi), XVI-XVII əsrlərə aid məscid (Abbaslı kəndi), XI əsrə aid Qız qalası (Tatarlı kəndi), XVI-XVII əsrlərə aid körpü (Təhnəli kəndi), XVII əsrə aid Divan bürcü (Yeni Həyat kəndi), XVI-XVII əsrlərə aid Koroğlu qalası (Şəmkir (şəhər)), dəmir dövrünə aid Qalaboynu qalacası (Atabəy kəndi), erkən orta əsrlərə aid Pir (Alman abidəsi) (Dağ-Daşbulaq), 1909-cu ildə tikilmiş Alman kilsəsi (Şəmkir (şəhər)), XI-XII əsrlərə aid oğuz qəbiristanlığı (Yeni Seyfəli kəndi), XVI-XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində) mövcuddur. Şəmkir şəhərində 1975-ci ildə inşa edilmiş Qələbə kompleksi, Düyərli kəndində 1975-ci ildə tikilmiş məscid binası, Çinarlı qəsəbəsində 1980-ci ildə inşa edilmiş Qələbə kompleksi, Şəmkir şəhərində, şəhərin Sərxan hissəsində və Naxırçılar hissəsində 1990-cı ildə qoyulmuş "20 Yanvar" abidələri, 1991-ci ildə şəhərdə ucaldılmış Aşıq Hüseyn Şəmkirlinin heykəli, Əliağa Şıxlinskinin büstü, Keçili kəndində 1992-ci ildə tikilmiş məscid, Muxtariyyə kəndində 1993-cü ildə ucaldılmış Koroğlunun abidəsi, Azərbaycanın Milli Qəhrəmanı Zaur Sarıyevin büstü, Şəhidlər parkı, İrmaşlı kəndində 1998-ci ildə inşa edilmiş məscid, Şəmkir şəhərində 1998-ci ildə inşa edilmiş Heydər Əliyev bulağı, 2001-ci ildə qoyulmuş 31 mart soyqırım abidəsi və Qurtuluş bulağı, Əliyaqublu kəndində 1998-ci ildə tikilmiş məscid, Qapanlı kəndində 2001-ci ildə inşa edilmiş 31 mart soyqırım abidəsi, Dəllər-Cırdaxan kəndində 2001-ci ildə ucaldılmış Yəhyabəy Dilqəmin abidəsi, Çənlibeldə 1997-ci ildə ucaldılmış Aşıq Ələsgərin heykəli kimi memarlıq abidələri var.
Orta əsr Şəmkir şəhəri - orta əsr yazarları Azərbaycanın orta dərəcəli, abad və nemətlərlə zəngin şəhərləri arasında Şəmkir şəhərinin də adını çəkirlər. Yazılı mənbələrin təhlili ərəb fəthləri dövründə Şəmkirin artıq bir şəhər kimi mövcud olduğunu göstərir. Böyük İpək yolunun üzərində yerləşən Şəmkir şəhəri IX əsrin ikinci yarısı-X əsrdə yüksəliş keçirərək mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilmiş, XI-XII əsrlərdə çiçəklənmə çağını yaşamışdır. Şəmkir şəhərinin inkişaf ahəngi monqol istilası ilə pozulmuşdur. 1235-ci ildə inadlı müqavimətdən sonra şəhəri ələ keçirən monqollar burada böyük qırğın törətmiş, əhalini qılıncdan keçirmişlər. Bu hadisədən sonra şəhər tənəzzül etmiş, bir daha özünə gələ bilməmişdir.
Orta əsr Şəmkir şəhərinin xarabalıqları Şəmkirçayın sol sahilində, Azərbaycan Respublikasının Şəmkir rayonunun Muxtariyyə kəndinin şimalında yerləşir. Abidənin təsviri onun orta əsr düzən şəhərlər üçün səciyyəvi olan bütün əlamətlərə malik olduğunu göstərir. Şəhər yerinin 2007-ci ildə çəkilmiş topoplanı şəhərin dördbucaqlıya yaxın plan quruluşunu müəyyənləşdirməyə imkan verir.
Səhər yeməyi
Hoteldən ayrılma (chek out)
Orta əsr Şəmkir şəhərinə ekskursiya
Nahar yeməyi
Bakıya yola düşmə
Hoteldə yerləşmə (chek inn)
Şam yeməyi
Şərbəst vaxt


IV gün
Bakı

Səhər yeməyi
Qonaqların hava limanına yola salınması (chek out)



Qeyd:

İstəyə görə artıqda qalmaq mümkündür.
Otellər səhər yeməyi 4* ulduzlu olacaq. (Otaqların ölçüsü ilə bağlı şikayətlər qəbul olunmur, biz 1 SGL və ya 1 DBL otaqları məsləhət görürük.)
Bu səfərlər komfortlu avtobuslarda həyata keçirələcək, ekskursiyalar profisianal bələdçilət tərəfindən aparılacaq.(qeyd: sərbəst vaxtlarda turistlər oteldən gediş-dönüş xərclərini (ictimai nəqliyyat, taksi və digər nəqliyyat vasitələri) özləri ödəməlidir.
Diqqət! Bütün ekskursiyalar proqramda təyin edilmiş vaxtda başlayır. Gecikən turistlər özləri öz hesablarına qrupa qoşulmalıdır.
İstəyə görə şirkətimiz turun marşurutu dəyişə bilər, ancaq turun proqramı dəyişməmək şərti ilə.
Turumuza fərdi də qatılmaq mümkündür. Bu halda qiymət ayrıca hesablanacaq.


Qrupda hər 1 nəfər üçün qiymət – 389AZN
(qrupda minimum 6 nəfər olmalıdır.)


Qiymətə daxildir:

Hoteldə qalmaq
Transfer 
Səhər, Nahar, Şam yeməyi
Bələdçi
Muzeylərə və qoruqlara giriş

 

Əlavə məlumat almaq və sifariş vermək üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
3 mkr. dairəsi, Alı Mustafayev küç. 3014, CITY MALL Biznes Mərkəzi, II mərtəbə, ofis 17
Tel.:   +994 12 431 25 07
Mob.: +994 55 686 82 04
          +994 55 459 65 10
          +994 51 811 84 71
          +994 70 518 28 86
E-mail: gm@heritagetravel.az
           90_e.gunay@mail.ru
           e.elnure-90@mail.ru

9898 dəfə oxunub