Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
“KEÇMİŞDƏN GƏLƏCƏYƏ KÖRPÜNÜ ARXEOLOQLAR QURUR”
19.6.2014
Facebook
Twitter Google Myspace

11 İyul – Ümumdünya Arxeologiya Günüdür. Bu gün 2008-ci ildə Ümumdünya Arxeologiya Konqresi prezidentinin YUNESKO-ya müraciətindən sonra təsis edilib.

11 İyul – Ümumdünya Arxeologiya Günüdür. Bu gün 2008-ci ildə Ümumdünya Arxeologiya Konqresi prezidentinin YUNESKO-ya müraciətindən sonra təsis edilib. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bu il həmin günü “Keçmişdən gələcəyə körpünü arxeoloqlar qurur” şüarı altında keçirir. Tədbir zamanı Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində “Arxeologiya inciləri” foto-sərgisinin, kompleks haqqında Teymur Nəcəfzadənin hazırladığı 3D təqdimatın nümayişi, arxeoloqlarla görüşün keçirilməsi nəzərdə tutulub. Hamınızı həmin gün orta əsr Azərbaycan tarixinin nadir incilərindən sayılan Ağsu şəhərinə dəvət edirik.