Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Ağsu Möcüzəsi Muğlada
15.2.2014
Facebook
Twitter Google Myspace

Fevralın 15-də Türkiyə Cümhuriyyətinin Muğla şəhərində Muğla Universiteti, Muğla Azərbaycan Kültür və Dayanışma Dərnəyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Muğla Universiteti Atatürk Kültür mərkəzində “Ağsu möcüzəsi” sərgisinin açılışı olub.

Fevralın 15-də Türkiyə Cümhuriyyətinin Muğla şəhərində Muğla Universiteti, Muğla Azərbaycan Kültür və Dayanışma Dərnəyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Muğla Universiteti Atatürk Kültür mərkəzində “Ağsu möcüzəsi” sərgisinin açılışı olub.
Fevralın 15-də Türkiyə Cümhuriyyətinin Muğla şəhərində Muğla Universiteti, Muğla Azərbaycan Kültür və Dayanışma Dərnəyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Muğla Universiteti Atatürk Kültür mərkəzində “Ağsu möcüzəsi” sərgisinin açılışı olub.Sərginin açılışında Muğla vali yardımçısı Faruk Necmi Kurt, Muğla İl kültür və turizm müdiri Dr. Kamil Özer, Muğla Universiteti Rektor Başdanışmanı Prof. Dr. Mustafa Volkan Coşkun, Muğla Universiteti Arkeoloji bölüm başkanı Prof.Dr. Adnan Diler, Muğla Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Atacan Sayılan iştirak edib. Dr. Fariz Xəlilli sərgi və Ağsuda aparılan arxeoloji tədqiqatlar haqqında geniş məlumat verib. MİRAS İctimai birliyinin dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyasının 2010-2011-ci illərdə Orta əsr Ağsu şəhər yerində genişmiqyaslı arxeoloji tədqiqatlar apardığı, qazıntılar nəticəsində XII və XVIII əsrlərə aid çoxlu tikinti qalıqları, zəngin maddi-mədəniyyət nümunələri aşkara çıxarıldığı qeyd olunub. Genismiqyaslı tədqiqatlar, arxeoloji qazıntı sahələrinin üzərinin örtülməsi, arxeoloji turizm cəhdləri iştirakçılarda maraq doğurub.
Sərgidə MİRAS İctimai Birliyi İdarə Heyətinin üzvü, peşəkar fotoqraf Məmməd Rəhimovun iki il ərzində Orta əsr Ağsu şəhərində bütün tapıntıları, qazıntı prosesi və keçirilən tədbirləri professional şəkildə sənədləşdirdiyi 90 ədəd fotopanel, MİRAS İctimai Birliyi Konservasiya və bərpa şöbəsinin müdiri, orta əsr Ağsu şəhərinin konservasiya olunmasında yaxından iştirak edən bərpaçı-rəssam Cahangir Əhmədovun konservasiya müddətində müşahidə etdiklərini rəssam fırçası ilə tamaşaçıların diqqətinə çatdırdığı 12 ədəd rəsm əsəri, MİRAS İctimai Birliyi Sərgi-dizayn şöbəsinin müdiri, aşkar olunmuş metal əşyaların konservasiyası ilə məşğul olan gənc heykəltəraş Vüqar Quliyevin 3 ədəd tökmə üsulu ilə hazırladığı plastika nümunələri nümayiş olunur.
Sərginin açılışından sonra Muğla Universiteti Atatürk Kültür mərkəzində Azərbaycan Müəllimlər İnstitutunun müəllimi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin “Azərbaycanın mədəni irsi və Ağsu möcüzəsi” mövzusunda məruzəsi dinlənilib. O, Azərbaycanın maddi və mənəvi irsi, orta əsr Ağsu şəhəri tədqiqatları, 1-5 oktyabrda Ağsuda keçirilməsi planlaşdırılan IV Beynəlxalq Avrasiya Arxeologiyası konfransı haqqında danışıb, türk alimlərini əməkdaşlıq üçün Azərbaycana dəvət edib. Tədbir Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dəstək Dövlət Şurasının dəstəyi ilə çəkilmiş MİRAS İctimai birliyinin “Azərbaycan abidələr diyarıdır” sənədli filminin nümayişi ilə davam edib.
Sərgi fevral ayı boyunca açıq olacaq.