Ağsu rayonu sakinlərinin həyətyanı sahələrindən toplanan 200-dən çox tut ağacı tingi könüllü Miras üzvləri və Xəzər Universitetinin tələbələri tərəfindən əkilib.
Simpozium Cəfər Cabbarlının “Əhməd və Qumru” hekayəsi əsasında Arzu Soltanın ssenarisini yazdığı və İntiqam Soltanın quruluş verdiyi, Bakı Uşaq Teatrının gənc aktyorları Ruslan Adgözəlov və Vüsalə Bəşirovanın ifa etdiyi “Qucaqla məni” tamaşasının nümayişi ilə yekunlaşıb.
Türkiyədən festivala qoşulmuş şair Muharrem Yenigün Türkiyənin şərq bölgələrindəki, xüsusilə Qars və İğdır tərəflərdə Novruz adətlərindən, yeddi ləvindən bəhs edib. Novruz ənənələrinə həsr etdiyi yeni şeirlərini səsləndirib.
MİRAS Musiqi qrupunun üzvləri tarzən Mehman Mikayılov, kamança ifaçısı Cahandar Mikayılov, xanəndələr Ruslan Adgözəlov, Nurlan Namazov və Tahir Şəfiyev xüsusi proqramla çıxış ediblər.
Ekspedisiyanın üzvü Elmira Abbasova bölgə müxbiri kimi Adil Ağayevin daim ekspedisiya ilə əlaqə saxladığını və tez-tez qazıntı sahələrində olduğunu nəzərə çatdırıb və təşəkkür edib.