Ölkəmizdə inklüziv turizm perspektivləri böyükdür, bu sahənin inkişafı üçün geniş potensial var. Problem yalnız infrastrukturun yaradılmasındadır. Bu isə zaman, maliyyə və vətəndaşlıq mövqeyini nümayiş etdirməyi tələb edir. İstər vəzifəli şəxslər olsun, istərsə də adi vətəndaş, hətta məktəblilərin də fiziki imkanları məhdud şəxslərlə münasibətlə bağlı ciddi maariflənməyə ehtiyacı var. |