Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
“Qafqaz İslam Ordusu - 100” yürüşü və görüşü
16.9.2018
Facebook
Twitter Google Myspace

Qafqaz İslam Ordusunun 100 illiyini nəzərə alaraq MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 15 sentyabr tarixində Bilal əfəndi məscidində Qafqaz İslam Ordusu şəhidlərini anmaq və günü xatırlamaq üçün mədəni tədbir keçirib. Tədbirə Bakıdan 30-dan çox alim və sənətşünaslar, media nümayəndələri, Ağsudan Tərəkəmə folkloru qrupu və Xançoban folklor ansamblının üzvləri, Padar, Külüllü, Xəlilli, Gəgəli, Qəleyibuğurt kəndinin sakinləri, Göyçaydan motosikletçi gənclər, Qafqaz İslam ordusu əsgərlərinin və Bilal əfəndinin övladları qoşulublar.

1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycana yardıma gələrkən qərargah mərkəzlərindən biri iyul ayının 2-dən Ağsu rayonu Padar (Gülmalı) və Külüllü kəndləri arasında hər iki tərəfdən Girdiman çayı ilə əhatələnən Bilal əfəndi məscidində yerləşib. Özünün bu gün də şirin suyu ilə seçilən, Girdiman çayı içərisində əlahiddə ada kimi görünən Bilal əfəndi məscidi qərargah Güzdəyə köçənə qədər demək olar ki, mərkəz olmuşdur. Qərargah rəisi podpolkovnik Rüştü bəy Bilal əfəndi məscidində otururdu. İndiyə qədər istər Gəncə, istər Göyçay, istər Bilal əfəndi məscidi, istərsə də Güzdəkdəki qərargahlar Qafqaz İslam Ordusunun anım mərkəzi kimi seçilməmişdir.

Qafqaz İslam Ordusunun 100 illiyini nəzərə alaraq MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 15 sentyabr tarixində Bilal əfəndi məscidində Qafqaz İslam Ordusu şəhidlərini anmaq və günü xatırlamaq üçün mədəni tədbir keçirib. Tədbirə Bakıdan 30-dan çox alim və sənətşünaslar, media nümayəndələri, Ağsudan Tərəkəmə folkloru qrupu və Xançoban folklor ansamblının üzvləri, Padar, Külüllü, Xəlilli, Gəgəli, Qəleyibuğurt kəndinin sakinləri, Göyçaydan motosikletçi gənclər, Qafqaz İslam ordusu əsgərlərinin və Bilal əfəndinin övladları qoşulublar. Əvvəlcə Padar kəndində toplaşan iştirakçılar Bilal əfəndi məscidinə qədər əllərində Azərbaycan və Türkiyənin bayraqları rəngarəng görüntülərlə hərəkət ediblər. Tədbir Azərbaycan və Türkiyənin himnlərinin səsləndirilməsi, Qafqaz İslam ordusu şəhidlərinin əziz xatirəsinin sükutla yad edilməsi ilə başlanıb. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Bilal əfəndi məscidinin tarixi və Qafqaz İslam ordusunun keçdiyi şanlı yol haqqında iştirakçılara məlumat verib. Prof.Dr. Minaxanım Nuriyeva Təkləli Qafqaz İslam ordusu komandanlarının fəaliyyəti, Padar ətrafındakı döyüşlər, qəragahın Padardan idarə olunması haqqında fikirlərini bölüşüb. Qafqaz İslam ordusunun əsgəri olmuş Məhəmməd əfəndinin oğlu Məhəmmədəli Həsənov valideynlərinin xatirələrindən danışıb. Bilal əfəndinin nəvəsi Lətifə xanım bu abidəni və hadisələri yad etdikləri üçün iştirakçılara minnətdarlıq edib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yeni yaradılmış Xançoban folklor ansamblının üzvləri vətənpərvərlik mahnıları və marşlar ifa ediblər. “Qafqaz İslam Ordusu – 100” turuna qatılmış gənc rəssamlar Bilal əfəndi məscidinin həyətində etüdlər ediblər. 

Bilal əfəndi məscidində qurbanlar kəsilib, ehsan verilib. Padar kənd məscidinin imamı Nizami Kərimov Qafqaz İslam ordusu əsgərlərinin əziz xatirəsinə dualar edib. Bilal əfəndi məscidinin divarında Qafqaz İslam Ordusunun qərargah mərkəzi olması haqqında informasiya paneli yerləşdirilib.