XƏBƏRLƏR |
"Arxeoloji tədqiqat üsulları" mövzusunda ustad dərsi |
18.10.2023 |
Facebook Twitter Google Myspace |
Oktyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının Tarix-Coğrafiya müəllimliyi və Tarix müəllimliyi ixtisasları üzrə birinci kursunun tələbələri üçün "Arxeoloji tədqiqat üsulları" mövzusunda ustad dərsi təşkil olunub. |
21 oktyabr - Arxeologiya Günü münasibətilə "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunda "Arxeologiya həftəsi" keçirilir. Oktyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının Tarix-Coğrafiya müəllimliyi və Tarix müəllimliyi ixtisasları üzrə birinci kursunun tələbələri üçün "Arxeoloji tədqiqat üsulları" mövzusunda ustad dərsi təşkil olunub. Ustad dərsinə Humanitar və xüsusi fənlər kafedrasının müdiri Dos.Dr. Mail Alıcanov və baş müəllim Babək Abdullayev də qatılıb. Ustad dərsi Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tərəfindən aparılıb. O, arxeoloji sahələrin öyrənilməsi, qazıntı sahəsində görülən işlərin ardıcıllıgı, abidələr ilə davranış qaydaları və eksponatların sənədləşdirilməsi haqqında danışıb. Fariz Xəlilli tələbələrə hazırda Baş meydanda aparılan qazıntı və ümumilikdə arxeoloji tədqiqat üsulları haqqında geniş məlumat verib. O, bildirib ki, Orta əsr Ağsu şəhərində indiyə qədər kəşfiyyat, mövsumi və genişmiqyaslı olmaqla arxeoloji qazıntılar aparılıb. Şəhərin aşkar olunan, küçələri, yolları, yaşayış və inzibati binaları, sənətkarlıq dükanları, baş meydanı, su infrastrukturu, mühafizə vasitələrini yerindəcə təqdim edib. Tələbələr ustad dərsi çərçivəsində "Ağsu şəhərində Şıxməzid xanəgahı" sərgisi ilə də tanış olublar. Daha sonra tələbələr arasında mövzu üzrə sual-cavab təşkil olunub. Cavablarda fərqlənən tələbələrə "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun nəşrləri hədiyyə olunub.
|
|