Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

EKSPEDİSİYALAR
Ağsu arxeoloji ekspedisiyası

Yazılı qaynaqlarda Ağsu və ya "Yeni Şamaxı" kimi xatırlanan, xalq arasında "Ağsu qalası" və ya "Xaraba şəhər" kimi tanınan orta əsr Ağsu şəhərinin xarabalıqları indiki Ağsu...

 

 

 

Bir sıra hərbi-siyasi amillərlə əlaqədar olaraq Ağsu şəhəri daxili və xarici düşmənlər tərəfindən dəfələrlə dağıdılıb, beləliklə də Şirvanın rəsmi paytaxtı gah Şamaxı, gah da Fitdağ olub. Vaxtaşırı hərbi əməliyyatlar meydanına çevrilən və dağıntılara məruz qalan Ağsu şəhəri sonuncu dəfə 1806-cı ildə, Abbas Mirzənin komandanlıq etdiyi Qacar ordusunun hücumu ərəfəsində düşmən əlinə keçməsin deyə, Şirvan xanı Mustafa xan tərəfindən dağıdılıb və bununla da orada şəhər həyatına son qoyulub. Orta əsr Ağsu şəhəri plan etibarı ilə düzbucaqlı formada olmaqla 39,8 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək və torpaq valdan ibarət çox möhtəşəm müdafiə sistemi ilə möhkəmləndirilib. Abidənin ətrafında 4 qəbiristanlıq var. Onlardan daha yaxşı qalanı şimal-qərb istiqamətindəki qəbiristanlıqdır. XVIII əsrin sonlarına aid olan bu qəbiristanlıqda əsasən Şirvan hökmdarları nəslindən olan tanınmış insanlar dəfn olunub. Abidədə ilkin arxeoloji tədqiqatlar 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılıb. 2010-cu ilin mart ayından etibarən MİRAS İctimai Birliyinin təşəbbüsü və Ağsudan olan xeyriyyəçi insanların maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu ekspedisiyası orada genişmiqyaslı arxeoloji tədqiqatlara başlayıb. Burada beş sahədə üst-üstə təqribən 9000 kvadratmetrə yaxın ərazi öyrənilib. Hazırda Ağsuda genişmiqyaslı arxeoloji tədqiqatlar davam etdirilməkdədir. Bununla paralel olaraq ekspedisiya rəhbərliyi aşkar olunmuş tapıntıların konservasiya edilərək gələcək nəsillər üçün qorunması istiqamətində də ardıcıl iş aparır. Bu il "Orta əsr Ağsu şəhəri: sənətkarlıq məhəlləsi" sərgi kompleksinin açılışı olub. Muzeyin ən maraqlı  xüsusiyyəti qazıntıların aparıldığı sahədə  inşa edilməsidir. Muzey orta əsr məhəllə həyatını özündə əks etdirir. Sərgi kompleks turizm ilində ölkəyə gələn turistlərin də marağını cəlb edir. 

6646 dəfə oxunub