Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

EKSPEDİSİYALAR
Tovuz Arxeoloji Ekspedisiyası

Arxeologiya və Etnoqrafiya İnstitutu Tovuz rayonu ərazisində yerləşən Göytəpə neolit yaşayış məskənində hazırda arxeoloji qazıntılar aparır. 

 

 

 

Qazıntılara Tokio Universitetindən olan mütəxəssislər də qoşulublar. Beynəlxalq arxeoloji ekspedisiyanın rəhbəri tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevdir. Buradan tapılan  materiallar  geniş aspektdə təhlil olunur. Aşkar edilmiş materiallar və tikili qalıqları neolit dövründə bu topraqlarda güclü inkişafın olduğunu göstərir. Bu tapıntı dünya tarixi üçün böyük önəm daşıyır. Qeyd edək ki, Göytəpə qədim yaşayış yeri turizmlə bağlı Azərbaycan dövlət proqramında öz əksini tapıb. Ona görə də, 2011-ci  ildən etibarən arxeoloji abidədə qazıntılarla parallel olaraq konservasiya işləri də aparılır.
Ekspedisiyanın rəhbəri Fərhad Quliyev bildirib ki, qazıntı yerindən tapılan oraq tipli əşya 8 min əvvəl burada yaşamış qədim insanların həyat tərzindən, əkinçilik mədəniyyətindən xəbər verir və ümumdünya dünya arxeologiya elmi üçün yenilik hesab edilir: "Təyin etmişik ki, artıq Göytəpə sakinləri e.ə.VI minillikdə, yəni səkkiz min il əvvəl cox yüksək rifah səviyyəsinə malik olublar. Orağın aşkar olması və təntənəli bir gəminin təsvir olunması neolit sakinlərinin zəngin dünya görüşlərinə malik olmalarını və yüksək inkişafda olmalarını bir daha təsdiq edir".
 
14217 dəfə oxunub